Milli Arxiv İdarəsi inzibati binalarda isitmə və soyutma sistemlərinə illik servis xidmətini həyata keçirəcək şirkət tapa bilmir
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ziya Bünyadov prospekti 3 və Həsən bəy Zərdabi küçəsi 593 ünvanında yerləşən inzibati binalarda quraşdırılmış isitmə və soyutma sistemlərinə illik servis xidməti ilə bağlı elan etdiyi tender ləğv edilib. Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır. Tenderin ümumi dəyəri 90 945 AZN olub.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: