“Azəriqaz”ın baş direktorunun müavini adam öldürdü- Cinayət işi açıldı
“Azəriqaz”ın baş direktorunun müavini Nail Abdullayev bir müddət əvvəl ölümlə nəticələnən qəza törədib.
Medıaxeberlerı.Az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, ölüm faktı ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Ekspertiza təyin olunub.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Qeyd edək ki, hadisə yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında baş verib. Belə ki, Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı 77-YD-054 nömrə nişanlı avtomobillə 40-45 yaşlarında piyadanı vuraraq öldürüb.
Belə ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir. Azxeber.com xəbər verir ki, Nail Abdullayev “Azəriqaz”da transformasiya layihəsinə rəhbərlik edirmiş. 2013-cü ildən Nail Abdullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində olan qurumlarda, SOCAR Türkiye Qrupunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Nail Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın Tənzimlənməsi” bakalavr təhsili, Bahçeşehir Universitetində “Biznesin idarə edilməsi” (MBA) üzrə isə magistr təhsili alıb.