Əsgəranda yerləşən şüşə tipli istixananın əsaslı təmiri uzanır
“Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Əsgəran rayonunda yerləşən 20 sot şüşə tipli istixananın əsaslı təmir işləri ilə əlaqədar elan edilən kotirovka sorğusu ləğv olunub. Mediaxeberleri.Az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etidi qərarda qeyd olunub ki,satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Görüləcək işlərə 87 019 AZN xərclənməsi nəzərdə tutulur.
Oxunub: 83
Xəbəri paylaş
Paylaş: