“Qarlı hava şəraitində yollara səpilən duzun texniki və ya xörək duzu olmasının fərqi yoxdur” - Ekspert
Nəqliyyat eksperti Yasin Mustafayev Bakıda yağan qarla əlaqədar yollara xörək duzu səpilməsinin tənqid edilməsinə münasibət bildirib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən ekspert deyib ki, duzun texniki və ya xörək duzu olmasının fərqi yoxdur. “Yola buz əleyhinə duz və qum səpilir. Qum ilişkənlik yaratmaq, təkər sürüşmələrinin qarşısını almaq üçün, duz isə donmanın qarşısını almaq üçündür. Duzun texniki və ya xörək duzu olmasının fərqi yoxdur. Hansı duzu səpsən, buzlamanın qarşısını alacaq. Məsələn, duzlu su - Xəzər dənizinin, okeanların suyu donmur. Donsa da, çox aşağı temperaturda donur. Əsas məsələ budur ki, yola duz səpilsin, vəziyyətdən çıxılsın. Sadəcə, bu cür havada külli miqdarda duz lazımdır. Yollarda donmanın qarşısını almaq üçün nə qədər xörək duzu səpmək olar ki? Bu, sual yaradır. Əslində isə xörək duzu da buzlamanın qarşısını alır”, - ekspert qeyd edib. Aytəkin Qardaşova