Misli Premyer Liqası: "Zirə" - "Kəpəz"i qəbul edəcək
Bu gün Misli Premyer Liqasında qar səbəbindən təxirə salınmış "Zirə" - "Kəpəz" görüşü keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, XXIV turun təxirə salınmış qarşılaşması saat 16:00-da start götürəcək. Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" " Sumqayıt"ı (1:0) , "Turan Tovuz" isə "Şamaxı"nı minimal hesabla məğlub edib (1:0). "Qarabağ" - "Sabah" qarşılaşması 1:1 hesabı, "Araz-Naxçıvan" "Səbail" görüşü isə qolsuz heç-heçə ilə başa çatıb (0:0). 24 fevral Misli Premyer Liqası XXIV tur Saat 16:00, "Zirə" - "Kəpəz"
 
 
 
Oxunub: 274
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















