Azərbaycanda məktəblər distant təhsilə keçə bilər
Paytaxtda təhsil müəssisələri distant rejimə keçə bilər. Pravda.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev deyib. "Distant təhsil praktikamız var. Əgər yollar buz bağlayarsa və hərəkət çətinliyi yaranarsa, Bakı şəhəri üzrə ali, orta ixtisas, tam, ümumi orta təhsil və məktəbəqədər təhsil müəssisələrində dərsləri 1-2 günlük qiyabi idarə etmək olar", deyə E.Əfəndiyev bildirib. Digər ekspert Kamran Əsədov qeyd edib ki, hazırkı hava şəraiti məktəblərdə tədrisin davam etdirilməsi məsələsinə yenidən baxmağı zəruri edir: "Güclü qar və buzlanma yolları təhlükəli vəziyyətə salıb, nəqliyyatın hərəkətini çətinləşdirib. Bu vəziyyət müəllimlər və şagirdlər üçün ciddi risk yaradır. Dünya təcrübəsi göstərir ki, ekstremal hava şəraitində tədrisin dayandırılması və ya distant formaya keçirilməsi geniş yayılmış praktikadır. Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı dəqiq mexanizmlər mövcud deyil. Lakin təhlükəsizlik hər şeydən önəmlidir. Müvafiq qurumlar təcili qərar qəbul edərək dərslərin təxirə salınması və ya onlayn formata keçidi təmin etməlidir".