DYP-dən sürücülərə xəbərdarlıq: Bunlar mütləqdir...
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Baş Dövlət Yol Polisindən Mediaxeberleri.Az-a bildirilib ki, əlverişsiz hava şəraitində nəqliyyat vasitələrinin qış tələblərinə uyğunluğu mütəmadi olaraq yoxlanılır. “Məqsəd sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Texniki baxımdan yararsız avtomobillər hərəkətdən kənarlaşdırılır ki, bu da yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir. Sürücülərə avtomobillərinin qış şəraitinə hazır olduğuna əmin olmaları tövsiyə edilir. Xüsusilə qış təkərlərinin, əyləc sisteminin və işıqlandırma vasitələrinin saz vəziyyətdə olması mütləqdir”, - məlumatda qeyd olunub.
Oxunub: 187
Xəbəri paylaş
Paylaş: