Salyan Rayon Mərkəzi Xəstəxanasının tenderi ləğv edildi
“Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı elan etdiyi tender ləğv edilib. Mediaxeberleri.Az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda qeyd olunub ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb. Tenderin məbləği 135 630 AZN olub.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: