Azərbaycanda İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri yaradılacaq
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) bir sıra dövlət qurumları ilə birlikdə Azərbaycanda ilk dəfə İnformasiya Təhlükəsizliyi Riskləri Reyestri ilə bağlı qayda üzərində işləyir. Həmçinin “Mitri Atack” platformasına bənzər təhdidlər və həllər kataloqu yaradılacaq. AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda çıxışı zamanı deyib. “Bu, Azərbaycan dilində bütün mümkün risklər və onların həlli yolları haqqında ətraflı məlumat təqdim olunan platforma olacaq. Platformadan mövcud risklərlə mübarizədə faydalana biləcəyik”, - deyə İdarə rəisi əlavə edib.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: