DSX-nin bu qəzetlərə pul ayırmaq istəyi baş tutmadı - SİYAHI
Dövlət Sərhəd Xidmətinin dövri mətbuatla bağlı elan etdiyi tender ləğv edilib. Mediaxeberleri.Az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qəbul etdiyi qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Tenderin ümumi dəyəri 185 477 AZN olub. Siyahıya “Azərbaycan”, “Respublika”, “Səs”, “Xalq”, “Yeni Azərbaycan”, “Olaylar”, “Şərq qapısı”, “Yeni Müsavat” qəzetləri daxildir.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: