İrandan gətirilən bu məhsulları ALMAYIN: tərkibində... - FOTO
İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlanıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi "Satareh Nadi Qida maddələri Sənaye Qrupu" şirkətinə məxsus ümumi çəkisi 2 ton "Nadi Crasia Salty Cracker" əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq "Nadi Ramineh" əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.