UEFA Çempionlar Liqası: "Milan" mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, "Milan" evdə "Feyenoord"u qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Brügge" səfərdə "Atalanta"nı 3:1 hesabı ilə yenib. "Seltik" isə "Bavariya"nın qonağı olub. Matçda qalib müəyyən olunmayıb – 1:1. Bununla belə, "Bavariya" 1/8 finala yüksəlib. Qeyd edək ki, ilk oyun "Bavariya"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 18 fevral 21:45. "Milan" (İtaliya) - "Feyenoord" (Niderland) – 1:1. 00:00. "Atalanta" (İtaliya) - "Brügge" (Belçika) – 1:3 00:00. "Bavariya" (Almaniya) - "Seltik" (Şotlandiya) -1:1 00:00. "Benfika" (Portuqaliya) - "Monako" (Fransa) -3:3 Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin digər 4 oyunu bu gün keçiriləcək.