Energetika Nazirliyi ayda 20-30 ədəd press-reliz üçün 5 min manat təklif etdi, amma…
Energetika Nazirliyi press-relizlərin yayılması xidməti ilə əlaqədar elan etdiyi kotirovka sorğusu ləğv olunub. Mediaxeberleri.Az-ın xəbərinə görə, qərar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilib. Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır. Qurum ingilis və rus dillərinə tərcümə olunmaqla ayda 20-30 ədəd press-reliz üçün 5 026 AZN nəzərdə tutub.
Oxunub: 206
Xəbəri paylaş
Paylaş: