Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Səhiyyəmiz sağaltmır, öldürür!

  • Tarix: 18-02-2025, 10:23

Azərbaycan səhiyyə sisteminin acınacaqlı vəziyyətdə olması haqda daha bir dəhşətli fakt

Azərbaycanda təhsil sisteminin çox bərbad durumda olduğu kimsəyə sirr deyil. İllərdir təhsilimizi “bataqlıq” dan çıxarmağa cəhdlər olunsa da, vəziyyət günbəgün daha da ağırlaşır. Belə ki, müstəqillik qazandıqdan sonra bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmağa çalışsaq da, indiyədək nəinki bir addım qabağa gedə bilmişik, əksinə, təhsilimiz Sovetlər Birliyi dönəmində olduğundan daha bərbad duruma düşüb.

Əlbəttə, hər bir millətin gələcəyi onun təhsilindən asılıdır. Təhsili inkişaf edə bilməyən dövlət heç bir sahədə uğur qazana bilməz. Əslində, bu gün Azərbaycandakı uğursuzluqlarımızın səbəbi də məhz təhsilimizin “qəbrə qoyulması” ilə bağlıdır. Bir ölünü diriltmək mümkün olmadığı kimi, artıq “fatihə”si oxunan təhsilimizi də “həyata qaytarmaq” mümkün deyil. Çünki təhsil kökündən dəyişikliyi, yəni yenidən “doğuluşu” sevir. Biz isə alt “ölünü diriltməyə”, yəni kosmetik islahatlarla bu sahədə hansısa uğur əldə etməyə cəhd edirik. Şübhəsiz, bu istiqamətdə həyata keçirilən bütün cəhdlər də uğursuzluğa məhkumdur.

Bir daha vurğulayaq ki, təhsilimizin bərbad duruma salınması bütün sahələrdə, xüsusilə də tibb sahəsində böyük problemlərə, hətta faciələrə səbəb olmaqdadır. Tibb sahəsini ona görə xüsusi vurğulayırıq ki, burada insan faktorundan söhbət gedir. Yəni hər birimiz bu və ya digər səbəbdən həkimə müraciət etmək məcburiyyətində olduğumuz üçün, tibb sahəsinə diqqət ayırmağımız heç də səbəbsiz deyil.

Amma çox təəssüflə qeyd edirik ki, bu gün Azərbaycanda təhsilsiz, biliksiz həkimlər ordusu nəinki bizim sağlamlığımızın qayğısına qalır, əksinə, bəzi hallarda daha ciddi problemlərlə qarşılaşmağımıza səbəb olurlar. Əlbəttə, söhbət bütün həkimlərdən getmir, hər zaman olduğu kimi, burada da istisnalar var. Amma əfsuslar olsun ki, bizdə bu istisnalar çox az olduğundan, insanların böyük kəsimi həkimə müraciət edərkən, nə qədər qəribə səslənsə də, həyatını təhlükəyə atmış olurlar. Çünki bu gün həkim diplomu ilə çalışan bir çox “tibb işçiləri” vətəndaşlara “qəssab” gözü ilə baxır, lazım oldu-olmadı onları kəsib-doğramağa can atırlar. Və yaxud da heç bir zərurət olmadığı halda insanlara yararsız, bahalı “firma dərmanları” yazmaqla, öz gəlirlərini güdürlər.

Əslində, bizi bu yazını yazmağa vadar edən də məhz bu cür həkimlərdən birinin tükürpərdici əməlidir. Hörmətli oxuculara agah olsun deyə bildirək ki, indi qələmə alacaqlarımız çox yaxın qohumumuzun başına gələnlərdir və inanırıq ki, bizim kimi, sizlər baş verənlərdən dəhşətə gələcəksiniz.

Bəli, bu yaxınlarda xanım qohumlarımızdan biri öz yaxın tanışına qan vermək üçün özəl klinikalardan birinə müraciət edir. Analiz zamanı tibb işçisi ona ciyərinin “çox dəhşətli vəziyyətdə” olduğunu, özünün isə “Hepatit C” virusuna yoluxduğunu söyləyir. Həmin vaxtadək sağlamlığı ilə bağlı heç bir şikayəti olmayan xanım, təbii ki, bu sözlərdən gərgin psixoloji sarsıntı keçirir. O, bu haqda həyat yoldaşına məlumat verdikdən sonra, yenidən başqa bir tibb müəssisəsində analiz verməyi qərara alırlar. Bu məqsədlə ilk öncə 1 sayli şəhər klinik xəstəxanasına  (“Semaşko”), hepatoloq həkim L.A.-ya müraciət edirlər. Sözügedən tibb işçisi xanımı dinlədikdən sonra onu analiz vermək üçün laboratoriyaya yönləndirir.  Xanım analiz verdikdən təxminən iki saat sonra nəticə bəlli olur. Maraqlıdır ki, bu zaman da onun qanında “Hepatit C” virusu aşkarlandığı bildirilir.

Bundan sonra xanım və həyat yoldaşı yenidən hepatoloq həkimə müraciət edirlər. L.A. analizin nəticəsi ilə tanış olduqdan sonra xanıma bildirir ki, onun və həyat yoldaşının “Hepatit C” virusuna yoluxduqları şübhəsizdir və hər ikisi təcili müalicə almalıdır. O, hətta bir aylıq müalicə xərcini də açıqlayır - 380 manat. Əlavə edir ki, sağalmaq üçün 3 ay müalicə almalıdırlar. Həkimin bu fikri xanımın həyat yoldaşında şübhələr oyadır. Ən azı ona görə ki, o, hələ analiz verməsə belə, hepatoloq onu “xəstə” çıxarıb. Bu səbəbdən, o, həyat yoldaşına təklif edir ki, daha bir tibb müəssisəsində analiz versin, xəstə olduğuna tam əmin olsunlar. Həmin vaxt L.A. onlara bildirir ki, başqa tibb mərkəzində analiz verib, əlavə xərc çəkməyə ehtiyac yoxdur. O, xanımın “Hepatit C” virusuna yoluxub-yoluxmadığını yüz faiz müəyyənləşdirmək üçün onu növbəti dəfə PCR testi vermək üçün laboratoriyaya yönləndirir. Maraqlıdır ki, normalda bu analizin cavabı 1 həftəyə çıxsa da, cəmi 2 saat sonra nəticə bəlli olur. Bundan sonra hepatoloq L.A. analizin nəticəsini ortaya qoyaraq, xanıma həyat yoldaşı ilə birlikdə təcili müalicə almağı tövsiyyə edir. Lakin onun tövsiyyəsi bir növ təkid xarakteri daşıyır.

Həkimin bu israrından şübhəyə düşən xanım və həyat yoldaşı müalicəyə başlamaq haqda qərar vermək üçün bir gün vaxt istəyirlər. Elə həmin günün axşamı hepatoloq yenidən xanıma zəng açaraq, “vəziyyətin çox ağırdır, bir gün də ötürə bilməzsən, zaman sənin əleyhinə işləyir”, - deyir. Sözsüz ki, həkimin bu “canıyananlığı” qarşı tərəfin şübhəsini bir qədər də artırır. Bundan sonra onlar dost-tanışın məsləhəti ilə daha bir həkimə müraciət etməyi qərara alırlar.

Ailənin güvəndiyi hepatoloq həkim xanımın analiz nəticələrinə baxdıqdan sonra məlum olur ki, əslində, 1 sayli şəhər klinik xəstəxanasında (“Semaşko”) verilən testlərin hər ikisi sıradan qan analizləri olub, PCR testi aparılmadan, yəni xanımın qanında “Hepatit C” virusunun olduğu təsdiqlənmədən, həkim onu ciddi psixoloji sarsıntıya salıb və ağır müalicə almağa təhrik edib. Xanımın ciddi psixoloji sarsıntı keçirdiyini görən tanış hepatoloq onu əmin edib ki, qanında “Hepatit C” virusu yoxdur və ümumiyyətlə, ümumi qan analizinin nəticəsinə əsasən bu haqda yekun qərara gəlmək mümkün deyil və onu müalicəyə məcbur edən həkimin davranışları tibb adına qara ləkədir. Bu baxımdan, o, xanıma nəticəsi bir həftə sonra bəlli olacaq PCR analizi verməyi məsləhət bilir.

Həkimin bu sözlərindən sonra xanım və həyat yoldaşı xeyli rahatlıq tapsalar da, yenə də növbəti həftəni ciddi həyəcan içində gözləyiblər. Həftənin tamamında isə məlum olub ki, xanımın qanında “Hepatit C” virusu aşkarlanmayıb və ümumiyyətlə onda bu xəstəliyin heç bir əlaməti yoxdur. Bu xəbəri böyük sevinclə qarşılayan ailə istər-istəməz həkimə belə bir sual ünvanlayıblar: Bəs nə üçün əvvəlki 3 analizin nəticəsi onun qanında “Hepatit C” virusunun olduğunu göstərib? Bu zaman həkim onları başa salıb ki, bir çox qadınlarda hətta illər öncə aldıqları hansısa müalicə ilə əlaqədar bu cür nəticələr ortaya çıxa bilər və bu, normaldır. Bunun üçün tam əmin olmaq məqsədilə onlara PCR testi vermək məsləhət görülür…

Hörmətli oxucularımız da təsdiq edərlər ki, təkcə bu fakt Azərbaycan tibb sahəsinin hansı durumda olduğunu ortaya qoyur. Əlbəttə, bütün bunlar həm də onu göstərir ki, bu cür savadsız həkimlərin ucbatından ölkəmizdə nə qədər sağlam insanlar şikəst qoyulur, heç bir səbəb olmadan ağır müalicə prosesinə cəlb olunur, psixoloji sarsıntıya məruz qoyulurlar.

Nə yazıq ki, bu cür savadsız həkimlərin sayı heç də az deyil. Nəzərə alsaq ki, gün ərzində təkcə “Semaşko”ya minlərlə vətəndaş müraciət edir, zənnimizcə, burada onların başına hansı oyunların açıldığı haqda əlavə izahat verməyə ehtiyac qalmır.

Bax, bütün bunlar həm də təhsilimizin bugünkü bərbad duruma salınması ilə bağlıdır.

Jalə FAMİLQIZI


Oxunub: 327
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Bu gün, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Bu gün, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Bu gün, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Bu gün, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Bu gün, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Bu gün, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Bu gün, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Bu gün, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.