Sakinləri Ərmənət kəndindən niyə baş götürüb qaçırlar? - Evləri ola-ola kirayə yaşamağı seçirlər - VİDEO
Oğuzun 700 nəfərə yaxın əhalisi olan Ərmənət kəndində sakinlər təbii qazın yoxluğu səbəbindən illərdir əziyyət çəkirlər. Mavi yanacağa həsrət qalan sakinlər qazın olmamasına görə bir çox ailənin kəndi tərk etdiyini bildirirlər. "Bağda olan ağacları kəsib yandırırıq. Camaat nə etsin, ölməli deyil ki", - deyə sakin narazılığını dilə gətirib. "Odunun dərdindən camaat rayona köçüb, kirayə qalır", - başqa bir sakin söyləyib. Daha ətraflı Baku TV-nin süjetində:
Oxunub: 397
Xəbəri paylaş
Paylaş: