Onlara yüksək vəzifə verildi - Foto
Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinatlar olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Bildirilib ki, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub. ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib. Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: