Tikinti materialları ucuzlaşdı - VİDEO
Bölgələrdə tikinti materialları bazarlarında durğunluq yaşanır. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Zaqatalada qış aylarının təsiri ilə tikinti sektorunda durğunluq yaşanır, materialların alıcılıq səviyyəsi xeyli aşağı düşüb. Sahibkarların sözlərinə görə, hər il bu mövsümdə eyni vəziyyət yaşanır. Satıcılar qiymətlərdə nisbətən enmə olduğunu bildirirlər. 2-3 ay əvvələ nəzərən taxtanın 1 kubunda 20-30 manat, dəmir materiallarında 5-10 qəpik ucuzlaşma var. Tikinti sektorunda mövsümi ləngimə adi bir vəziyyət olsa da, sahibkarlar yaz aylarında fəaliyyətin artacağına və alıcılıq səviyyəsinin yüksələcəyinə ümid edirlər. Gəncədəki tikinti materiallarının satış nöqtələrindən birində satıcılar deyirlər ki, digər rayonlarda olduğu kimi, Gəncə şəhərində də tikinti materiallarının satışında durğunluq müşahidə olunur. Ancaq onlar hesab edirlər ki, yaz aylarından etibarən aktivlik yenidən bərpa olunacaq.