Azyaşlı ilə bağlı iddialara aydınlıq gətirildi - RƏSMİ
Sosial şəbəkələrdə Biləsuvar rayonunda azyaşlının qeyri-əxlaqi hərəkətlərə məruz qalması iddialarının araşdırılmadığına dair məlumat yayılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mediaxeberleri.Az-a bildirilib ki, 2024-cü ilin noyabrında azyaşlıya qarşı əxlaqsız hərəkətlər edilməsi ilə bağlı müraciət üzrə tam və hərtərəfli araşdırma aparılıb. Təqsirin müəyyən edilməsi üçün müvafiq tibbi ekspertizalar təyin olunmaqla rəy alınıb. Bütün xüsusatlar və tibbi ekspertiza rəyi ilə iddialar təsdiqlənmədiyi üçün cinayət işinin başlanması rədd edilib.
Oxunub: 215
Xəbəri paylaş
Paylaş: