AZAL bu istiqamət üzrə reysləri bərpa etdi
Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsi bərpa olunub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "APA-Economics" Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL-a istinadən xəbər verir. Məlumata görə, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər normal rejimdə həyata keçirilir. "Naxçıvanda hava şəraiti yaxşılaşıb və reyslər artıq normal rejimdə həyata keçirilir", - AZAL-dan bildirilib.
Oxunub: 168
Xəbəri paylaş
Paylaş: