Barışdılar? - Aysuna “Sevgililər Günü”ndə görün nə hədiyyə edildi - Video
Aysun İsmayılovanın "Sevgililər Günü" paylaşımı diqqət çəkib. Mediaxeberleri.Az xəbər verir ki, müğənni ona göndərilən hədiyyələri "Instagram" hesabında bölüşüb. Onun paylaşımı izləyicilər tərəfindən maraqla qarşılanıb və müxtəlif müzakirələrə səbəb olub. Bəzi sosial media istifadəçiləri Aysunun həyat yoldaşı Ramil Vəliyevlə barışdığını iddia etsələr də, bu barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd edək ki, bir müddət öncə Aysun İsmayılova və əri Ramil Vəliyev arasında qalmaqallı boşanma xəbərləri yayılmışdı. Boşanmaq istədiklərini təsdiqləyən cütlük bu barədə nikahın pozulması üçün məhkəməyə müraciət etdiklərini də açıqlamışdı. 2 ildir ki, evli olan cütlüyün 1 qız övladı da var.
Oxunub: 188
Xəbəri paylaş
Paylaş: