A Seriyası: "Milan"a qələbə üçün 1 qol bəs etdi
İtaliya A Seriyasının 25-ci turunda "Milan" doğma azarkeşləri önündə "Verona"nı qəbul edib. Mediaxeberleri.Az xəbər verir ki, "San-Siro"dakı matçın taleyini 1 qol həll edib. 75-ci dəqiqədə meydan sahiblərindən Santyaqo Ximenesin məhsuldar zərbəsi rossonyerilərə qələbə gətirib. Hazırda "Milan" topladığı 39 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. "Verona"nın aktivində isə 24 xal var və komanda çempionatda 15-ci yerdədir.
Oxunub: 350
Xəbəri paylaş
Paylaş: