Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bu ixtisas ləğv edilir

  • Tarix: 16-02-2025, 05:20

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsini gündəmə gətirib. Ekspertlər də naziri dəstəkləyirlər, amma əlavə edirlər ki, bu proses tədricən getməlidir.

Kolleclərdə müəllimlik ixtisasının ləğvi məsələsi gündəmə gəlib. Elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər kolleci bitirən müəllimlərin və hazırda kolleclərdə təhsil alan tələbələrin taleyi məsələsinə də aydınlıq gətirilməsini istəyir. Nazir qeyd edib ki, ölkədə həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var, amma bəzi ixtisasların kolleclərdə olması vacib deyil. Kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün aktual idi: "Vaxtilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var". Nazirin sözlərinə görə, gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq. Mediaxeberleri.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

 

Təhsil mütəxəssisləri də kolleclərdə müəllim ixtisaslarının tədricən ləğvini təhsilin keyfiyyətinin artırılması istiqamətində lazımlı addım hesab edirlər.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, hazırda kolleclərdə müəllim ixtisasının tədrisinə ehtiyac yoxdur: "Əvvəlki dövrdə buna ehtiyac vardı. Müəllimlərə olan ehtiyacın təmin edilməsi üçün kollecləri də bu prosesə qoşmuşdular. Hazırkı dövrdə isə buna ehtiyac yoxdur. Bu gün müəllim hazırlığı yalnız universitetlərdə olmalıdır". Millət vəkili hesab edir ki, kolleclər müəllimləri yetişdirmək üçün o qədər də geniş potensiala və imkana malik deyillər: "Biz daha savadlı, bacarıqlı və kompetensiyalı müəllimlərin yetişdirilməsi üçün çalışmalıyıq. Kolleclər digər sahələrə öz töhfəsini verə bilərlər. Onların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var". C.Məmmədovun fikrincə, biz gələcəkdə də bu istiqamətdə addımlar atmalıyıq. Müasir müəllim yeni innovasiya, yeni metod, yeni üslub və baxışla prosesə öz töhfəsini verməlidir: "Müəllimi bir-iki ilə yetişdirmək qeyri-mümkündür. Müəllim yetişdirmək işi uzun müddətli və uzun hədəfli olmalıdır".

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərova məsələyə həm bir müəllim, həm də bölgələrdə təhsilin vəziyyətini yaxından müşahidə edən ekspert kimi yanaşır: "Hazırda məktəblər daha yüksək akademik hazırlığa və pedaqoji bacarıqlara malik müəllimlərə ehtiyac duyurlar. Təəssüf ki, bu tələblər kolleclərin təqdim etdiyi təhsil səviyyəsi ilə üst-üstə düşmür. Bunu müəllimlərin sertifikasiyasının nəticələri də sübut edir. İlk imtahanda uğursuz olan müəllimlərin böyük bir hissəsi kollec məzunları idi. Onların dördüncü və ya doqquzuncu sinifdən yuxarı dərs deməyə qanuni hüquqları yox idi və bu məhdudiyyəti bəhanə edərək özlərini illərlə təkmilləşdirmədilər. Bundan əlavə, hər il 60 000-dən çox namizəd müəllimlərin işə qəbul imtahanında iştirak edir, lakin onların yalnız az bir faizi işə qəbul olunur. Bu da sistemdə ciddi keyfiyyət problemi olduğunu göstərir. Bu tendensiya kolleclərdəki müəllim hazırlığının effektivliyinin aşağı olduğunu və universitet səviyyəsində daha keyfiyyətli hazırlığın vacibliyini göstərir".

 

İŞ üzvünün fikrincə, dünya təcrübəsi də bu fikri təsdiqləyir: "OECD-nin 2023-cü il hesabatına əsasən, Finlandiya, Sinqapur, Almaniya kimi ölkələrdə müəllim olmaq üçün ən azı bakalavr, hətta magistr təhsili tələb olunur. Kollec səviyyəsində müəllim hazırlığı isə yalnız köməkçi pedaqoji vəzifələr üçün nəzərdə tutulub. Dünya Bankının 2021-ci il təhsil hesabatına görə, aşağı akademik göstəricilərə malik müəllimlər tələbələrin zəif nəticələr göstərməsinə səbəb olurlar. Eyni zamanda, Türkiyə və digər ölkələrdə müəllim olmaq üçün imtahan tələbləri sərtləşdirilib və bu, təhsilin keyfiyyətinə müsbət təsir edib". G.Əkbərova bildirir ki, kolleclərə qəbul balları universitetlərə nisbətən xeyli aşağıdır və təhsil müddəti də qısadır. Bu isə müəllimlərin akademik bilik və metodoloji hazırlıq baxımından kifayət qədər yetişməsinə imkan vermir: "Universitetlərdə dördillik bakalavr təhsili ərzində tələbələr həm akademik, həm də pedaqoji biliklər qazanır, praktik təlimlər keçirlər. Kollec məzunları isə daha qısa müddətdə və daha az akademik baza ilə məktəbə daxil olurlar ki, bu da onların peşəkar səviyyəsinə təsir edir. Bütün bu amillər onu göstərir ki, kolleclərdə müəllim ixtisaslarının tədricən bağlanması təhsilin keyfiyyətinin artırılması üçün qaçılmazdır. Lakin bu proses tədricən və alternativ yollarla aparılmalıdır ki, bölgələrdə müəllim çatışmazlığı yaranmasın. Keçid dövründə kollecdən məzun olan müəllimlər üçün əlavə inkişaf proqramları, sertifikatlaşdırma imkanları yaradılmalıdır".

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova deyir ki, dünyanın ən inkişaf etmiş təhsil sisteminə malik Finlandiyada məktəbəqədər təhsil səviyyəsi üzrə tərbiyəçilərin işə qəbulu zamanı minimum magistr dərəcəsi tələb olunur. O bildirir ki, kolleclər iki il müəllimlik təhsili verir, amma istər-istəməz ali məktəblərdə dörd illik təhsil müddətində daha dərin biliklərə yiyələnmək və daha yaxşı ixtisaslı kadr olma şansı var: "Kolleclərdə müəllimlik peşələrinin ləğvi gündəm olub. Dünya təcrübəsinə əsaslanırıqsa, əksər ölkələrdə müəllim kimi işə başlamaq üçün minimum dörd illik bakalavr və hətta əlavə magistr təhsili tələb olunur".


Oxunub: 443
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Bu gün, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Bu gün, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Bu gün, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Bu gün, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Bu gün, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Bu gün, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Bu gün, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Bu gün, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.