Dövlət rəsmiləri DÇ-2026-nın biletlərinə göz dikiblər? - Araşdırma başladı
Meksikanın iki yüksək rütbəli məmuru cərimələrin azaldılması müqabilində 2026-cı il dünya çempionatına bilet tələb etdikdən sonra vəzifələrindən uzaqlaşdırılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “El Universal” məlumat yayıb. Milli Şəffaflıq, Məlumata Giriş və Şəxsi Məlumatların Mühafizəsi İnstitutundan (INAI) Conatan Mendoza Uzert və Migel Novoa Qomesin fəaliyyətləri Meksika Futbol Federasiyasının (FMF) dünya çempionatının açılışı üçün biletləri hədə-qorxu ilə tələb etdiyinə dair şikayəti araşdırılana qədər dondurulub. Dövlət qurumlarında şəffaflığı təmin etmək üçün 2002-ci ildə yaradılmış INAI institutu bu il Meksika hökumətinin qərarı ilə ləğv ediləcəyi bildirilir. Qeyd edək ki, 2026-cı il dünya kuboku ABŞ, Kanada və Meksikada keçiriləcək.