Mediaxeberleri.az
    
  • Oğul 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin bəzi detalları
    Oğul 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin bəzi detalları
  • 
  • TRAMP Sİ İLƏ GÖRÜŞƏ “ƏLİDOLU” GETMƏK İSTƏYİR... - Çin Hörmüzdə “ilişən” ABŞ-nin qarşısına nə ilə çıxır?
    TRAMP Sİ İLƏ GÖRÜŞƏ “ƏLİDOLU” GETMƏK İSTƏYİR... - Çin Hörmüzdə “ilişən” ABŞ-nin qarşısına nə ilə çıxır?
  • 
  • Göyçayda ər arvadını qətlə yetirdi
    Göyçayda ər arvadını qətlə yetirdi
  • 
  • Bu ərazilər qazsız qalacaq
    Bu ərazilər qazsız qalacaq
  • 
  • Azərbaycanda dollar erası bitir? - VİDEO
    Azərbaycanda dollar erası bitir? - VİDEO
  • 
  • Bayram namazının vaxtı açıqlandı
    Bayram namazının vaxtı açıqlandı
  • 
  • Kitabların işığında ömür yolu və ya Sevinc Bayramovanın mənəviyyat dünyası
    Kitabların işığında ömür yolu və ya Sevinc Bayramovanın mənəviyyat dünyası
  • 
  • Lahıc yolunda UÇQUN: Rayon mərkəzi ilə ƏLAQƏ KƏSİLDİ
    Lahıc yolunda UÇQUN: Rayon mərkəzi ilə ƏLAQƏ KƏSİLDİ
  • 
  • Benzinlə bağlı RƏSMİ MƏLUMAT
    Benzinlə bağlı RƏSMİ MƏLUMAT
  • 
  • Bu ərazilərdə qaz olmayacaq
    Bu ərazilərdə qaz olmayacaq
  • 
  • Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
    Rəcəb Babaşovun 10 ili: Qazax rayonu inkişaf və tərəqqi dövrünü yaşayır
  • 
  • BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
    BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
  • 
  • Ağstafa: Dünənlə bu günün qovuşduğu məkan
    Ağstafa: Dünənlə bu günün qovuşduğu məkan
  • 
  • Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
    Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
  • 
  • Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
    Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
  • 
  • ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
    ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
  • 
  • 109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
    109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Goranboyda iki qadın qətlə yetirildi
    Goranboyda iki qadın qətlə yetirildi
  • 
  • Məleykə Abbaszadə: SAT imtahanlarında saxtakarlıq halları var
    Məleykə Abbaszadə: SAT imtahanlarında saxtakarlıq halları var
  • 
  • Onlayn qumar sürətlə yayılır – Nə etməli?
    Onlayn qumar sürətlə yayılır – Nə etməli?

Son xəbərlər :
  • MAQATE İranla bağlı qətnamə qəbul etdi
  • İlham Əliyev iki fərman imzaladı
  • Yasamalda obyektdə güclü yanğın - Video
  • Bakıda orqan alveri: tanınmış həkim həbs olundu
  • Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
  • Dünyada yeni okean yaranır
  • AZAL Oman Sultanlığının paytaxtına aviareys açacaq - FOTO
  • Bu fermerlərin kredit faizlərini dövlət ödəyəcək - Yeni mexanizmin tətbiqinə başlanıldı
  • Azərbaycanda əməkhaqqı 7 %-ə yaxın artıb
  • Kitabxanaçıların maaşı artırılacaq - Nazir yeni model hazırlandığını açıqladı
  • Kitabxanalarda çalışan bu şəxslərin attestasiyası keçiriləcək
  • Kababın tikəsi azalır, qiyməti isə artır - Restoranlarda "yenilik"
  • Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm
  • TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına buradan start verildi
  • Bakıda 33 dərəcə isti olacaq
  • DAĞILAN YOL, MÜBAHİSƏLİ SƏBƏBLƏR – Ekspert və qurum nə deyir? + FOTO
  • ABŞ qanadlı raketlərin kütləvi istehsalına başlayır
  • Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü
  • Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub qaçdı
  • Zelenskidən Rusiyaya: Elə bir səviyyəyə çatacağıq ki...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Prezident vergi forumunun iştirakçılarına müraciət etdi (YENİLƏNİB)

  • Tarix: 13-02-2025, 11:42

Azərbaycan Prezidenti İlham Əliyev “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciət edib.

Mediaxeberleri.Az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Forum iştirakçıları,

“Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayır və Dövlət Vergi Xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edirəm.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Respublikamızın ali Qanununun müddəaları dövlətimizin müstəqilliyinin əsaslarını və xalqımızın iradəsini əks etdirərək ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla irəliləməsi üçün zəmindir.

Konstitusiyamızda vətəndaşların əsas vəzifələrinə aid edilmiş mühüm müddəalardan biri onun 73-cü maddəsində əks olunub: “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur”. Konstitusiyamızda vergilərə dair müəyyən edilmiş bu müddəa dövlətimizin maliyyə sabitliyinin və davamlı inkişafının təminatı olub, ölkəmizin hüquqi və iqtisadi inkişafı yolunda möhkəm təməl yaradır.

Azərbaycan yüksək inkişaf potensialına malik dinamik bir iqtisadiyyata sahibdir. Biz böyük infrastruktur layihələrini icra edir, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatlar həyata keçirir, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyaları cəlb edir və yerli istehsalın gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Uğurlarımız dayanıqlı iqtisadi artımın sürətini artırmaqla yanaşı, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Bizim yolumuz davamlı inkişafa və şəffaf idarəetməyə əsaslanır.

Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir.

Bu məqsədlərin reallaşdırılmasının təməlində dövlətin iqtisadi qüdrəti, gəlirləri, fiskal dayanıqlığı durur. Güclü maliyyə imkanlarının formalaşdırılmasına isə effektiv vergi sistemi töhfə verə bilər. Maliyyə imkanlarımızın ildən-ilə artması, büdcə gəlirlərimizin fiskal dayanıqlığı prosesində effektiv və proaktiv vergi siyasətinin həyata keçirilməsi olduqca vacibdir. Vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeni yanaşma və mexanizmlər iqtisadiyyatda şəffaflaşmanı keyfiyyətcə yeni bir mərhələyə qaldırıb. Bu gün vergi siyasəti həm aktiv iqtisadi tənzimləmə vasitəsi, həm də stimullaşdırıcı alətdir. Hazırda bütün fiskal yığımların əhəmiyyətli hissəsini məhz vergi orqanları təmin edir.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir.

Bu prosesdə vergi siyasətinin və vergi təşviq alətlərinin də böyük rolu var. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Ərazi bütövlüyümüzün tam bərpa edilməsi xarici investorların da ölkəmizə marağını artırır. Uzun illərdir Azərbaycanda müsbət sərmayə iqlimi mövcuddur, investisiyaların adambaşına düşən həcminə görə biz qabaqcıl ölkələr sırasındayıq. Bununla belə, regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün biz daha cəlbedici biznes və vergi mühiti yaratmalıyıq. Sahibkarlara güclü dəstək verilməlidir, süni maneələr aradan qaldırılmalıdır. Dövlətin tənzimləyici qurumlarının əsas vəzifəsi ölkədə biznesin genişlənməsinə, büdcəyə vergi ödəyən güclü orta və iri sahibkarlar təbəqəsinin formalaşmasına istiqamətlənməlidir. Biz qüdrətli dövlət qururuq, belə dövlətin vətəndaşı isə vergi ödəməkdən qürur duymalıdır.

Vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır və vergi işçiləri həm də dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm funksiya yerinə yetirirlər. Vergi işçiləri yalnız büdcə gəlirlərinin təminatçısı deyil, həm də iqtisadi sabitliyin və sosial ədalətin qorunması işində önəmli bir missiyanın icraçısıdırlar. Fəaliyyətiniz dövlət büdcəsinin formalaşdırılmasında, eyni zamanda iqtisadi və sosial layihələrin həyata keçirilməsində xüsusi rol oynayır. Vergi ödəyiciləri ilə effektiv əməkdaşlıq, vergi ödəmələrinin düzgün və vaxtında həyata keçirilməsi yalnız iqtisadiyyatı deyil, həm də xalqın dövlətə olan etimadını gücləndirir.

Ölkəmizin qarşısında duran hədəf və vəzifələr çoxdur. Bu yolda sizin öz işinizə münasibətiniz və vətənə sədaqətiniz bizim üçün qiymətli sərvətdir. Əminəm ki, bu şərəfli vəzifəni yüksək səviyyədə yerinə yetirməkdə və ölkəmizin daha da qüdrətlənməsinə töhfə verməkdə davam edəcəksiz.

Dövlət Vergi Xidmətinin bütün kollektivinə möhkəm cansağlığı, peşə fəaliyyətində uğurlar diləyirəm. Sizi bir daha təbrik edir, ölkəmizin inkişafı və rifahı yolunda atdığınız hər bir addımda müvəffəqiyyətlər arzulayıram!”

*** 10:48

Bu gün Bakıda “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forum keçirilir.

Mediaxeberleri.Az xəbər verir ki, tədbiri iqtisadiyyat naziri Mikayıl Cabbarov açıq elan edib.

O, Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini oxuyub.



Oxunub: 517
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 20:52 | MAQATE İranla bağlı qətnamə qəbul etdi
    Bu gün, 20:50 | İlham Əliyev iki fərman imzaladı
    Bu gün, 20:47 | Yasamalda obyektdə güclü yanğın - Video
    Bu gün, 20:45 | Bakıda orqan alveri: tanınmış həkim həbs olundu
    Bu gün, 17:22 | Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
    Bu gün, 17:17 | Dünyada yeni okean yaranır
    Bu gün, 14:25 | AZAL Oman Sultanlığının paytaxtına aviareys açacaq - FOTO
    Bu gün, 14:17 | Bu fermerlərin kredit faizlərini dövlət ödəyəcək - Yeni mexanizmin tətbiqinə başlanıldı
    Bu gün, 13:46 | Azərbaycanda əməkhaqqı 7 %-ə yaxın artıb
    Bu gün, 13:44 | Kitabxanaçıların maaşı artırılacaq - Nazir yeni model hazırlandığını açıqladı
    Bu gün, 13:41 | Kitabxanalarda çalışan bu şəxslərin attestasiyası keçiriləcək
    Bu gün, 13:30 | Kababın tikəsi azalır, qiyməti isə artır - Restoranlarda "yenilik"
    Bu gün, 13:14 | Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm
    Bu gün, 13:12 | TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına buradan start verildi
    Bu gün, 13:10 | Bakıda 33 dərəcə isti olacaq
    Dünən, 23:09 | DAĞILAN YOL, MÜBAHİSƏLİ SƏBƏBLƏR – Ekspert və qurum nə deyir? + FOTO
    Dünən, 23:04 | ABŞ qanadlı raketlərin kütləvi istehsalına başlayır
    Dünən, 22:57 | Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü
    Dünən, 22:40 | Ağdamda məktəbli qız Bərdə sakini ilə qoşulub qaçdı
    Dünən, 22:35 | Zelenskidən Rusiyaya: Elə bir səviyyəyə çatacağıq ki...
    Dünən, 19:40 | İcra başçısı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası çərçivəsində Qazax rayonunda səfərdə olan nümayəndələrlə görüşüb
    Dünən, 18:50 | 9 İyun - Beynəlxalq Arxivlər Günü Ağstafada qeyd olunub
    Dünən, 17:25 | Tibbdə ilk: Xəstəyə eyni vaxtda donuzun qaraciyər və böyrəkləri köçürüldü
    Dünən, 17:17 | Bakıda yeddi avtomobil toqquşdu: Zəncirvari qəzanın detalları açıqlandı - VİDEO - YENİLƏNDİ
    Dünən, 17:13 | Azərbaycanda internet bahalaşacaq
    Dünən, 17:10 | Bu şəxslərə yeni mənzillər veriləcək
    Dünən, 17:08 | "İnsanın nitq qüsuruna görə hədəfə alınması doğru deyil" - Razi Nurullayev xanım həmkarını müdafiə etdi
    Dünən, 17:06 | Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi...
    Dünən, 17:02 | Azərbaycan sərhədlərarası ani ödənişlərə hazırlıq görür
    Dünən, 14:49 | Bakıda taksi xidməti kəskin bahalaşdı
    Dünən, 13:57 | Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu
    Dünən, 13:55 | Hüquqi şəxslərin depozitlərinin azalma səbəbi bu imiş
    Dünən, 13:53 | Qızıl kreditini bu banka gətirənlərə endirim var
    Dünən, 13:51 | Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi - Video
    8-06-2026, 22:25 | Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi
    8-06-2026, 22:23 | Şagird Araz çayında batdı - Suyun səviyyəsi endirildi
    8-06-2026, 21:47 | Azərbaycanda çöllərdə bitir: Sən demə bu xəstəliyə dərman imiş
    8-06-2026, 21:18 | İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
    8-06-2026, 20:48 | Oğlu ilə birgə dəm qazından boğulan şəxs müəllim imiş
    8-06-2026, 20:45 | Keçmiş məmur dələduzluqda ittiham olunur: “Nə evdən çıxır, nə də pulumuzu verir”
    8-06-2026, 20:42 | Prezident sərəncam imzaladı
    8-06-2026, 20:40 | Bu ölkə avrokubok matçını Azərbaycanda keçirəcək
    8-06-2026, 20:34 | Avtobusdan istifadə edənləri sevindirən qərar
    8-06-2026, 18:37 | Əsmər Əliyeva vəzifəsindən azad edildi
    8-06-2026, 18:35 | Hacıqabulda güclü yanğın...
    8-06-2026, 17:42 | Azərbaycanda 900-ə yaxın uşaq övladlığa verildi
    8-06-2026, 17:30 | İran İsrailə qarşı zərbələri dayandırdığını açıqladı
    8-06-2026, 17:20 | Bu məzunlara hərbi xidmətdə güzəştlər verilə bilər
    8-06-2026, 17:15 | Lisey və gimnaziyalara qəbul başlayır
    8-06-2026, 17:13 | Nazirdən tövsiyə: Münaqişə zonalarından uzaq durun
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.