Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin daha bir layihəsinə “stop” qoyuldu
“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin çöl-ölçmə avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv edilib. Mediaxeberleri.Az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Ləğvetmənin səbəbi açıqlanmayıb. Tenderin dəyəri 19 588 AZN olub.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: