Qorxulu xəbərdarlıq: 7,5 bal gücündə zəlzələ olacaq, 4 milyon insan...
Seysmoloq Naci Görür Egeydə bitib-tükənməyən zəlzələlərdən sonra İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı açıqlama verib. Mediaxeberleri.Az xəbər verir ki, seysmoloq Mərmərədə zəlzələnin 7,5 bal gücündə olacağını və təxminən 2 dəqiqə davam edəcəyini bildirib. Görür tez bir zamanda tədbir görülməli olduğunu bir daha vurğulayıb: “İstanbulda 4 milyon insan ölümlə üz-üzə qala bilər. Hər kəs deyir ki, bina fondunun yüzdə 60-ı zəlzələyə davamlı deyil. 100 min binanın hər biri 5 mərtəbəli olsa bu, 4 milyon insan deməkdir. Ehtiyatlı olmaq lazımdır. Tətbirlər görülməlidir, boş oturmaq olmaz”.
Oxunub: 62
Xəbəri paylaş
Paylaş: