Qaz olmayacaq
“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80,0-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissəsində əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı 05.02.2025-ci il saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. "Azəriqaz"dan Mediaxeberleri.Az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: