Plastik cərraha qadağa: Lisenziyası ləğv olundu
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası ləğv edilib. Mediaxeberleri.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə qərar Səhiyyə Nazirliyi tərəfindən verilib. Qərara əsasən, Sevinc Heydərovanın platik cərrah kimi fəaliyyət göstərməsinə dair sertifikasiya şəhadətnaməsi ləğv olunub. Onunla bərabər 10-a yaxın plastik cərraha qadağa qoyulub. Köməkçisi Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsindən xəbərsiz olduğunu bildirib. "İnternational Medical Centre"dən də bu barədə açıqlama verilməyib.
Oxunub: 60
Xəbəri paylaş
Paylaş: