43 yaşlı kişi dispanserdə intihar etdi
Naxçıvanda 43 yaşlı kişi dispanserdə intihar edib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində baş verib. 2009-cu ildən bu xəstəxanada alkoqol asılılığı diaqnozu ilə qeydiyyatda olan Naxçıvan şəhər sakini, 1982-ci il təvəllüdlü Həsənov Bəxtiyar Eldar oğlu özünü asaraq intihar edib. O, yanvarın 31-də öz ərizəsi əsasında dispanserə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 44
Xəbəri paylaş
Paylaş: