Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapıldı - Foto
Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb. Mediaxeberleri.Az Report-a istinadla xəbər verir ki, meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu deyilir. Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.
Oxunub: 86
Xəbəri paylaş
Paylaş: