Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Sülh əvəzinə müharibə: Onların missiyası Azərbaycan ərazilərinə boylanmaq olmayacaq

  • Tarix: 1-02-2025, 14:24

Ötən həftə Avropa İttifaqı (Aİ) Şurası gözlənildiyi kimi Ermənistanda “müşahidə” missiyasının mandatının daha iki il müddətinə uzadılması barədə qərar qəbul etdi. Qurum üzvlərinin səfirlərinin Brüsseldə əldə etdikləri razılığa əsasən, 44 milyon avroluq rəsmi büdcəsi olacaq missiya 2027-ci ilin 19 fevralına qədər Ermənistan ərazisində, Azərbaycanla şərti sərhədə yaxın yaşayış məntəqələrində “keşik” çəkəcək.
Ermənistana belə bir missiyanın göndərilməsi barədə qərar 2022-ci ilin payızında qəbul edilib. Əvvəl “müşahidəçilər”in Ermənistana iki aylığa cəmi 40 nəfərlik heyətlə gəlmələri anons edilsə də, sonrakı dövrdə tərkib və say yenilənməyə məruz qalıb. Avropalı müşahidəçilərə ABŞ-nin ştatına çevrilmək təhlükəsi ilə üz-üzə qalan uzaq Kanadanın da təmsilçiləri qoşulub. Say isə təqribən dörd dəfə artıb.

Müşahidə, yoxsa hərbi baza?

Aİ heyətinin mandatının kifayət qədər ciddi büdcə ilə iki illik müddətə uzadılması “müşahidəçi” missiyanın səlahiyyət və funksiya çərçivələrini aşdığı təəssüratı yaradır. Keçmiş hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət heyət mülki “müşahidə” missiyası kimi qələmə verilsə də, Aİ-nin əsas diktə edən üzvü - Fransanın Ermənistanı aktiv şəkildə silahlandırması, ordu quruculuğunda iştirak etməsi və bütün bunların fonunda İrəvanın Bakı ilə sülhə gəlmə çabalarını bloklaması əsas hədəfin bölgədəki sabitlik olduğunu deməyə əsas verir.



Makron Fransasının əlində geosiyasi təzyiq alətinə çevrilmiş təşkilatın Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid olan fəaliyyətini sülh kontekstində şərh etmək mümkün deyil. Nəzərə alsaq ki, son dörd il ərzində Brüsselin atdığı bir sıra addımlar barədə qərarlar tam məxfilik şəraitində qəbul edilib, qarşıdakı iki il ərzində Aİ yalnız missiyanın mandatının müddətini uzatmaqla kifayətlənməyə də bilər. 2022-ci ilin payızında olduğu kimi.

Aİ kimi rəsmi Paris də regiondakı siyasətinin reallaşdırılmasında eyni taktikadan yararlanır. İrəvanla hərbi təmaslar ilkin müddətdə yalnız Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlik tədbir kimi qələmə verilirdi. Ortaya silah ixracı çıxanda isə bildirildi ki, bu, istisnasız olaraq müdafiə xarakterli silahlanma olacaq. Hazırda isə gündəmin əsas mövzusu Makron Fransasının Ermənistanı uzaqmənzilli artilleriya sistemləri ilə təmin etməsidir.



Bu baxımdan istisna edilməməlidir ki, Aİ-nin “sülh” missiyası gələcəkdə tam əsaslı hərbi bazaya transformasiya oluna bilər. Düzdür, təşkilatın belə bir təcrübəsi yoxdur. Ancaq indiyədək qurum heç Ermənistanda “keşik” çəkən missiya kimi təşəbbüslərə də müəlliflik etməmişdi. Ermənistanın silahlandırılması prosesinə “Sülh fondu”nun da cəlb olunması göstərir ki, missiyanın qarşıdakı illər üçün planları yalnız binoklla Azərbaycan ərazilərinə boylanmaqdan ibarət olmayacaq.

Qərbin “saman çöpü”

Qeyri-adekvat tərəfkeşliyi ilə sülh prosesindən və regional layihələrdən kənar düşən kollektiv Qərbin hazırda qarşısında duran əsas vəzifələrdən biri də nəyin hesabına olursa-olsun Cənubi Qafqazda qalmaqdır. Müstəqil xarici siyasət yürüdən, suverenliyi və ərazi bütövlüyünü bərpa edən Azərbaycandan sonra qonşu Gürcüstan da Brüsselin, daha doğrusu, Parisin geosiyasi ekspansiya cəhdləri qarşısında maneəyə çevrilib. Gürcüstanın Qərbin həmlələrini bloklaması Aİ-nin faktiki olaraq bölgəyə daxil olma çabaları qarşısında sipər rolunda çıxış edir. Qərb Cənubi Qafqaza daxil olmaq üçün bütün yolları əldən verib. Öz səhvlərinin ucbatından. Türkiyəyə qarşı illərdir davam edən qərəzli münasibət, Gürcüstanda dövlət çevrilişi cəhdlərinə sponsorluq, Ukraynada mövqe itkiləri Qərbin manevr imkanlarını maksimum daraldıb. Bu baxımdan, hazırda Ermənistan başda Fransa olmaqla, Aİ üçün yeganə “saman çöpü” funksiyasını həyata keçirir.
Brüssel Ermənistan ərazisində möhkəmlənməklə yalnız regional mövcudluğu barədə düşünmür, eyni zamanda, burada baş verən proseslərin nəbzini tutmağa çalışır. Azərbaycanın torpaq bütünlüyünü təmin etməsi 30 illik işğala son qoymaqla yanaşı, regiondakı digər münaqişə ocaqlarının da müsbət ssenari ilə çözümünə ümidlər yaradıb. Bu gün Cənubi Qafqazın gündəmi hərb deyil, sülhdür. Sabit və dayanıqlı sülh iqtisadi çiçəklənməyə yol aça bilər. Bölgədə həyata keçirilən qlobal layihələr, ən əsası isə logistik marşrutlar hər üç dövlətin rifah halının yüksəlməsinə xidmət edər.



Təəssüf ki, Ermənistanda bunu ya dərk edə bilmirlər, ya da dərk edirlər, ancaq əl-qolları bağlıdır. Regional kommunikasiyaların tam açılması Azərbaycana əlavə imkanlar yaratdığı halda, Ermənistan üçün iqtisadi nəfəslik rolunu oynaya bilər. İrəvanda bunu başa düşürlər, ancaq güman ki, Qərb tərəfdaşlarının təzyiqləri fonunda qətiyyətli addım atmaqdan çəkinirlər. Bu nöqteyi-nəzərdən istisna etmək olmaz ki, “sülh” missiyasının qarşısına qoyulan daha bir vəzifə regional logistik marşrutlar üzərində nəzarətə nail olmaqdır.

Beləliklə, nə qədər ki, Aİ “müşahidəçilər”i Ermənistandadır, etibarlı sülhdən danışmaq əbəsdir. Çünki sözügedən missiyanın gündəmi gərginlik, hərb və qeyri-sabitlikdir. ("Kaspi" qəzeti)


Oxunub: 445
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.