Sentyabrda güclü maqnit qasırğaları olacaq - TARİXLƏR AÇIQLANDI
Sentyabrda Yer kürəsini maqnit qasırğaları bürüyəcək. Bu barədə ABŞ Milli Okeanoqrafiya və Atmosfer Agentliyinin Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb. Məlumata görə, geomaqnit sahəsinin ən yaxın pozulması artıq 6-8 sentyabrda gözlənilir. Ay ərzində daha üç maqnit qasırğası dalğası müşahidə olunacaq. “Geomaqnit sahəsinin növbəti daha aktiv həyəcanını sentyabrın 14-də gözləmək lazımdır. Sonrakı günlərdə, yəni sentyabrın 15-dən 17-dək də maqnit qasırğaları mümkündür, lakin daha az intensivlikdə”, - məlumatda deyilir. Eyni zamanda, bu ayın son maqnit qasırğası sentyabrın 23-də proqnozlaşdırılır.
 
 
 
Oxunub: 693
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















