Türkiyədə ana 3 aylıq körpəsini rəfiqəsinə qoyaraq yoxa çıxıb.
Medicina.az türk mediasına istinadla bildirir ki, 35 yaşlı Öykü Y. 6 oktyabrda xəstəxanada oğlan uşağı dünyaya gətirib.
O, doğulduqdan sonra uşağını Muğlanın Milas rayonunda yaşayan rəfiqəsinə qoyub. Uzun müddət körpəsini almağa gəlməyən rəfiqəsi Öykü Y.-nin Bodrumda yaşayan atası Tevfik Fikrət Y.-yə (67) xəbər verib. Lakin babası körpəyə baxacaq vəziyyətdə olmadığını bildirib.
Bundan sonra rəfiqəsi dünən saat 22:00 radələrində 112 Zəng Mərkəzinə xəbər verib. Xəbərdarlıq üzərinə sağlamlıq qrupları 3 aylıq körpəni Bodrum Dövlət Xəstəxanasına aparıb. Müayinədən sonra körpənin səhhətinin yaxşı olduğu məlum olub.
Doğum qeydiyyatı olmayan körpə Muğla Ailə və Sosial Xidmətlər İl Müdirliyinə təhvil verilib.
Hadisənin ardından Bodrum İlçe Təhlükəsizlik Müdirliyi Asayiş Büro Komandirliyi qrupları körpənin atasının müəyyən edilərək anasının tapılması üçün işlərə başlayıb.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: