Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
  • Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
  • Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
  • Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

HƏQİQƏTDƏN UZAQLAŞDIRAN MANİPULYASİYALAR

  • Tarix: 22-01-2025, 13:53

“Manipulyasiya” son dövrdə ölkənin informasiya məkanında ən çox rastlanan ifadədir desək, heç də yanılmarıq. Sosial şəbəkələrdə edilən paylaşımlarda, yazılan məqalələrdə və hətta televiziya verilişlərində belə bu söz ən sevimli ifadəyə çevrilib. Bir sözlə, hamı bu haqda danışır. Bəs həqiqətdə “manipulyasiya” haqqında nələri bilirik və biz özümüzü manipulyasiyalardan qorumağı bacarırıqmı?

Müasir dövrdə bu istiqamətdə maarifləndirici işlərin aparılmasına hava-su qədər ehtiyac duyulur. Biz hətta fərdi münasibətlərdə belə manipulyasiyalardan sığortalanmamışıq. Peşəkar və dəqiq informasiya ilə “informasiya tullantıları” arasındakı sərhədi müəyyən etmək getdikcə daha çətin olur. Siyasi manipulyatorlar isə bütün bunlardan çox gözəl istifadə edirlər. “Manipulyasiya” ifadəsi gündəlik məişət leksikonumuza da daxil olub və bu proses sürətlə inkişaf edir. Bəzən elə təsəvvür yaranır ki, elə dünya da məhz manipulyasiyalar vasitəsilə idarə olunur və yönəldilir. Bütün bunları nəzərə almamaq və sadəcə kənarda dayanmaq artıq mümkünsüzdür.

Sosial şəbəkə fenomenləri və populyar səhifələr artıq geniş yayılmış manipulyasiya alətlərinə çevriliblər. Müəyyən fərdlər idarə etdikləri səhifələr və ya öz sosial şəbəkə hesabları üzərindən əhaliyə təsir etmək imkanlarına görə bəzən hətta siyasi partiyaları, böyük təşkilatları belə qabaqlayırlar. İnsanlar özləri də bilmədən kimlərinsə manipulyasiya alətinə çevrilirlər. Heç şübhəsiz ki, ən ağrılı manipulyasiyalar siyasi münasibətlər müstəvisində aparılır. Hətta çəkinmədən onu da deyə bilərik ki, manipulyasiya siyasi avantürist, demaqoq və psevdopatriotların əsas qazanc mənbəyinə çevrilib. Vəziyyət o səviyyəyə gəlib çıxıb ki, sıravi internet istifadəçiləri üçün radikal təfəkkür sahiblərinin sosial şəbəkələrdəki demaqogiyalarına qulaq asmaq psixoloqların qəbulunda olmaq effektini bəxş edir. Odur ki, manipulyasiya eyni zamanda psixoloji təsir etmək deməkdir.

Sadəlövhlüyə yer vermək olmaz, burada insani hisslər və bəşəri dəyərlər sadəcə təzyiq aləti kimi istifadə olunur. Manipulyatorlar həqiqəti təhrif edir və əhalinin ictimai şüurunda yanlış stereotiplər formalaşdırırlar. Mövcud metod vasitəsilə insanların ictimai-siyasi təfəkkürü dolayısilə zombiləşdirilir. “Zombiləşmənin” nəticəsində isə baş vermiş bu və ya digər hadisənin əsl səbəbi heç kim üçün maraqlı olmur, ictimaiyyətin siyasi diqqəti və neqativ enerjisi yalnız şərti “düşməndən heyfin” çıxarılmasına yönəldilir. Bununla da rasional düşüncə emosiyalara məğlub olur və fərdin adekvatlığı itir. Əlbəttə ki, mövcud vəziyyət radikal təfəkkürün inkişafı üçün münbit şərait yaradır.

Radikal təfəkkürün təyinatı dünyanı yalnız ağ və qara rənglərə boyamaqdan ibarətdir. Siyasətdə sözügedən üslub cəmiyyətin parçalanmasına xidmət edir. Bax, burada biz radikalların növbəti strateji hədəflərinə gəlib çıxırıq: cəmiyyəti parçalamaq, total şübhə toxumları yaymaq və ictimaiyyətin diqqətini yalnız neqativ halların üzərində cəmləmək. Göründüyü kimi, siyasi radikalçılıq xalis sosial-psixoloji fenomendir. Burada hər hansı bir xoş niyyət və ya ülvi ədalətin axtarışından söhbət belə gedə bilməz.

Radikal təfəkkür eyni zamanda yanlış sosial oriyentirləri yaradır və saxta qəhrəmanları formalaşdırır. Bunun nəticəsində isə ictimai təfəkkürün deqradasiyası qaçılmaz olur, fərd aqressivləşir və dünyaya “düşmən” gözü ilə baxır. Qeyd olunanların hamısı ictimai-siyasi münasibətlərdə gərginliyin yaradılmasına yönəlibdir. Mürəkkəb təhlillərdən uzaq dayansaq, manipulyasiyaların təsir alqoritminin məhz qeyd olunanlardan ibarət olduğunu deyə bilərik. Odur ki, manipulyasiyanın fərqində olaraq susmaq, yolverilməzdir.

Bəli, İmişli rayonu ərazisində yaşanmış yol-nəqliyyat hadisəsi olduqca ağır olaydır. İstənilən halda uşaq və yeniyetmənin ölümü ilə nəticələnən hadisə öz emosionallığına görə yalnız yaşana biləcək fərdi faciə ilə müqayisə oluna bilər. Bu məsələdə heç bir fikir ayrılığı ola bilməz. Ancaq məkrli niyyətlərə xidmət edən qərəzli manipulyasiyalara da göz yummaq olmaz. Emosional manipulyasiyalar yalan ilə həqiqət arasında sərhədləri pozur. Məhz elə buna görə də radikal təfəkkürün siyasətdə mövcudluğu cəmiyyətin inkişafı üçün açıq təhdiddir. Prinsipial olaraq qeyd etməliyik ki, radikal təfəkkür ilə mübarizədə profilaktik tədbirlərin görülməsi zərurəti artmaqdadır. Əks halda geridönməz proseslər yaşana bilər. Sifarişli manipulyatorların İmişlidə baş vermiş hadisə ilə bağlı olan ritorikalarına diqqət yetirin: yalnız alternativsiz sərt ifadələrə müraciət olunur. Sosial şəbəkə istifadəçilərə seçim imkanı belə tanınılmır. Əlbəttə ki, burada obyektivlikdən söhbət belə gedə bilməz. Heç şübhəsiz ki, mövzunun alovlanmasında Qərbin sosial mühəndislik metodları da işə salınıb. 30 il ərzində eyni konspekt əsasında çıxış edən və ritorikasını belə dəyişdirməyən radikalların birdən-birə Qərbin siyasi texnologiyalarına müraciət etməkləri diqqətsiz qala bilməz.

Mövcud kontekstin inkişafında kiçik və bəsit bir statistikanı qeyd edək. Yol-nəqliyyat hadisələri nəticəsində il ərzində dünyada təqribən 1,3 milyon insan vəfat edir, 50 milyon insan isə ağır xəsarət alır. Qeyd olunan statistikada xüsusi təyinatlı nəqliyyat vasitələrinin payına düşən hissə heç də kiçik rəqəmlərdən ibarət deyil. Əlbəttə ki, İmişlidə yaşanmış hadisə ilə bağlı da cinayət işi açılacaq, istintaq da aparılacaqdır. Sosial şəbəkələrdə işıq surəti ilə yayılmış həmin o kadrlar hamının yaddaşına həkk olunub. Odur ki, burada məsuliyyətdən yayınmaq mümkünsüz olacaqdır.

Mövzu ilə bağlı aparılan manipulyasiyaların əsas təyinatı isə hadisənin siyasiləşdirilməsidir. Bəziləri faciəni yaşayan ailələrin acılarına şərik çıxmırlar, onlar yaşanmış faciənin acı şirəsini sıxıb çıxardırlar. Əlbəttə ki, mövcud məsələ yalnız siyasi əxlaqsızlıq kimi dəyərləndirilməlidir. Bu cür siyasətçilər cüzi də olsa cəmiyyətdə özlərinə simpatiya qazanmaq istəmiş olsaydılar, dünyasını dəyişmiş uşaqların ailələrini ziyarət edər və bunu ictimailəşdirərdilər. Görünən odur ki, onların hədəfləri başqadır, məqsəd nifrət hisslərinin cəmiyyətdə yayılmasına nail olmaqdır. Burada hər hansı səmimi hisslərdən söhbət belə gedə bilməz.

Radikal təfəkkürlü siyasətçilərin ritorikasına diqqət yetirin. Onlar hər vəchlə təlqin etməyə çalışırlar ki, cəmiyyətdə barış və həmrəyliyin əldə olunması mümkünsüzdür. Əlbəttə ki, İmişlidə yaşanmış hadisənin siyasiləşdirilməsi cəhdləri yalnız manipulyasiyadır. Mövcud məsələdə ritorikaları diqqətlə təhlil edən zaman aparılan manipulyasiyaların təyinatını çox rahat ifşa etmiş olarıq: insanları inandırmaq lazımdır ki, səbəbkar hüquqi məsuliyyət daşımayacaq, mövcud hadisə ört-basdır edilərək unutdurulacaq. Göründüyü kimi, əsas hədəf emosional gərginliyin artırılmasıdır, yəni yaşanmış hadisədən mümkün qədər daha çox “acı şirə”nin sıxılmasıdır.

Elə məhz bütün bunlara görə radikal ritorikalar, davranışlar ikrah hissi yaradır. İmişlidə emosiyalara qapılaraq və manipulyasiyalara uyaraq məlum hadisələrdə iştirak etmiş insanların insani hisslərindən yararlanmağa çalışanlar faciə yaşamış ailələrin yanında yox, qarışıqlıq yaratmaq istəyən manipulyatorların yanında dayanırlar. İnsanların hissləri manipulyasiya alətinə çevrilməməli, sabitlik və birlik kimlərinsə xəstə siyasi ambisiyalarının qurbanı olmamalıdır. İbtidai instinktlərə söykənən manipulyasiyalar cəmiyyəti geri mağara dövrünə aparar, siyasi münasibətləri isə yenidən küçə səviyyəsinə çatdırar. Odur ki, siyasi müstəvidə aparılan maarifçilik kiməsə qarşı yönəlmiş fəaliyyət növü deyil. Tam əksinə, insanları qərəzli siyasətdən qoruyan fəaliyyətdir.

Asif Adil

(Musavat.com)


Oxunub: 657
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Bu gün, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Bu gün, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Bu gün, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Bu gün, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Bu gün, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Bu gün, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Bu gün, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.