Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto

Son xəbərlər :
  • Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
  • Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
  • Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
  • MM Özbəkistanla əbədi dostluq müqaviləsini təsdiqlədi
  • 13 il əvvəl törədilən qətllə bağlı yeni məlumat...
  • "Qarabağ" 4500 manat cərimələndi
  • Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
  • Sərnişinlər qapıların bağlanmasına mane oldular, qatar gecikdi - ADY-dən sərnişinlərə çağırış
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
  • 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi
  • Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı
  • Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
  • “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
  • Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
  • Bu şəxslərə xoş xəbər - Qərar
  • 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
  • Agentlik sədri yeni şöbə müdiri təyin etdi
  • Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Xoruzun quyruğu göründü: "Makron və Zelenski şəxsi maraqları naminə Avropanı tələyə salıblar"

  • Tarix: 3-01-2025, 16:49

Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqli 2025-ci il yanvarın 1-dən dayandırılıb. "Qazprom" qeyd edib ki, kiyevli tərəfdaşları dəfələrlə bu sazişi uzatmaqdan imtina ediblər, nəticədə 2025-ci il yanvarın 1-də 2019-cu il dekabrın 30-da imzalanmış sənədlər - "Qazprom" ilə Ukraynanın "NAK Naftogaz" şirkəti arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili, habelə qarşılıqlı fəaliyyət haqqında sazişin müddəti başa çatıb.

Nəqlin dayandırılmasından sonra isə Avropa birjalarında qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb. Rusiyadan qazı kəsilən Avropaya isə Türkiyədən təklif gəlib və bildirilib ki, rəsmi Ankara Avropa üçün təhlükəsiz alternativ ola bilər, eyni zamanda, Türkiyə müxtəlif ölkələrə mavi yanacaq ixrac edə bilər. Çünki təhlükəsiz qaz nəqli marşrutu kimi Türkiyə əhəmiyyətli yer tutur, bu, onun əlverişli coğrafi mövqeyi və qaz infrastrukturunun olması ilə bağlıdır. Türkiyə Qara dənizdə öz qazını istehsal edir, ölkə ərazisindən isə boru kəmərləri və üzən strukturlar keçir. Türkiyə təbii qazı Rusiyadan "Mavi axın" və "Türk axını" qaz kəmərləri ilə, Azərbaycandan TANAP qaz kəməri ilə, həmçinin İrandan alır. Ankara Bolqarıstan, Macarıstan, Makedoniya, Moldova və Rumıniyanı mavi yanacaqla tədarük edir.

İsrailli ekspert Yuri Boçarov mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Mövcud vəziyyət tərəflər üçün nə vəd edir? Kim daha çox qazanacaq, kim itirəcək?

- "Qazprom" Ukrayna üzərindən Avropaya qaz ixracından hər il beş-altı milyard dollar gəlir əldə edib. Ukraynanın tranzitdən əldə etdiyi gəlir isə təxminən bir milyard dollar təşkil edib. Bu qərar Avropanı ildə 15 milyard kubmetr qazdan məhrum edir, Rusiya qazından asılı olan Avropa ölkələri üçün ciddi problemlər yaradır. Qeyd edək ki, Rusiya qazının əsas istehlakçıları həm Avropa İttifaqının, həm də NATO-nun üzvləri - Slovakiya, Macarıstan və Avstriya olub. Avropanın ümumilikdə istehlak etdiyi 500 milyard kubmetr qazın 15 milyard kubmetri o qədər də böyük olmasa da, xüsusən də Slovakiya kimi bir ölkənin miqyasında bu, kritikdən də artıqdır. 2024-cü ilin son günündə qazın qiyməti dörd faizdən çox artıb.

Beləliklə, Aİ dünyanın digər iki ən böyük iqtisadiyyatına - ABŞ və Çinə uduzur. Nəticədə gəlir artımı səngiyir, əhalinin narazılığı artır, Rusiya ilə dostluğa, Ukraynaya dəstəyi dayandırmağa çağıran ifrat sağçıların populyarlığı artır. Buna görə də Avropadakı əhvali-ruhiyyəyə zidd olaraq Ukraynanın energetika naziri Herman Qaluşenkonun Rusiya qazının tranzitinin dayanmasından məmnunluğunu gizlətməyən sevincli bəyanatı səsləndi: "Bu, tarixi hadisədir - Avropa artıq Rusiya qazından imtina etmək qərarını verib". Təsəvvür edin, nazir Ukrayna iqtisadiyyatının, demək olar ki, bir milyard dollar itirdiyi və ən əsası avropalı tərəfdaşlarının zərər çəkdiyi bir vaxtda belə sevinir.

- Problemin həllinə necə nail olmaq olar?

- Müqavilənin uzadılması ilə bağlı danışıqlar, demək olar ki, bütün yay boyu davam edirdi və Ukrayna hakimiyyəti müqavilənin uzadılacağını ən azı iki dəfə bəyan etmişdi. 2024-cü ilin yayında Sudja Kursk bölgəsindəki hücumdan sonra Ukraynanın nəzarətinə keçdi. Bununla belə, "Qazprom" qazın nəqlini dayandırmadı və bu, Kiyevə və Avropa İttifaqına bir daha sübut etdi ki, Avropaya qaz nəqli Ukraynadan daha çox, Rusiyaya lazımdır.

Ukrayna ərazisindən tranzit başa çatdıqdan sonra "Qazprom"un Avropaya qaz nəqli üçün yalnız bir marşrutu qalıb: "Türk axını" qaz kəməri. Onun vasitəsilə hər il Cənub-şərqi Avropa ölkələrinə təxminən 17 milyard kubmetr qaz vurulur. "Qazprom" "Türk axını" ilə yanaşı, Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etmək imkanına malikdir. Nəticədə ötən il Rusiyanın qaz nəhənginin Avropa bazarındakı payı 20 faizi ötüb. Ukraynanın hərəkətlərindən ən çox narazı olan iki ölkə isə Macarıstan və Slovakiyadır. Slovaklar yanvarın 1-də bağlanan Ukrayna tranzit qaz kəməri ilə qazı təzəcə alırdılar. Slovakiyanın Baş naziri Robert Fitso hətta Moskvada Putinə baş çəkib və Ukraynaya elektrik enerjisi satmaqdan imtina etməməyə çağırıb. İndi tamamilə mümkündür ki, bağlanan tranzit yalnız Macarıstan və Slovakiya hökumətləri ilə digər Aİ ölkələri arasında mübahisələri gücləndirəcək və Ukraynaya əlavə yardımın təsdiqlənməsi, eləcə də Rusiyaya qarşı sanksiyaların uzadılması sual altına düşəcək.

- Ukrayna niyə birdən-birə bu qədər prinsipial olmağa, puldan imtina etməyə qərar verdi? Ən əsası isə - Avropa İttifaqının ən vacib tərəfdaşları olmasa da, səslərə təsir baxımından üzv ölkələri özünə qarşı çevirib, əslində, özünə qarşı bu qədər kəskin mövqe tutdu?

- Suala cavab vermək üçün ötən ilin 7 dekabrına qayıtmaq lazımdır. Həmin tarixdə Fransa paytaxtı Parisdə Zelenski də daxil olmaqla 40-a yaxın ölkənin dövlət və hökumət başçıları Notr-Dam kilsəsinin açılış mərasiminə qatılmışdılar. Bu görüşdə Fransa prezidentinin vasitəçiliyi ilə Ukraynanın təhlükəsizliyi və Rusiya ilə atəşkəs müzakirə edilib. Bununla belə, Trampın Zelenskinin ona cəbhədə əldə etdiyi uğurlarla bağlı təqdimatından məmnun olmadığı görünürdü və sanki real məlumatlardan çox, Zelenskinin onu aldatmağa çalışmasından qəzəblənirdi.

Görünür, Zelenski Makronun təhriki ilə "imtina edilə bilməz" təklifini irəli sürüb, Rusiya qazının öz ərazisindən Avropaya tranzitini əngəlləmək qərarına gəldiyini bildirib. Bu qərar Avropanı ildə 15 milyard kubmetr qazdan məhrum edir ki, bu da Rusiya qazından asılı olan Avropa ölkələri üçün ciddi problemlər yaradır. Ukraynanın qaz tranzitindən ildə təxminən 1 milyard dollar itirməsinə baxmayaraq, əvəzində ABŞ-dən dostluq və dividendlər qazanır. Donald Tramp da öz növbəsində ABŞ-də bütün qaz layihələrinin açıldığını və Avropada yeni qaz alıcılarının tapılmasının vacibliyini bəyan edir. Bu qərar ABŞ üçün sərfəlidir, çünki onlar Avropa qaz bazarında boşalmış yeri tuta və əhəmiyyətli gəlir əldə edə biləcəklər. Üstəlik, ABŞ maye qazı Rusiya boru kəməri qazından xeyli bahadır, lakin Avropanın qışın ortasında getməyə yeri yoxdur və ABŞ-nin ona təklif etdiyi hər şeyi alacaq. Kiyevə verilən vədlərə gəlincə, razılaşmanın konkret detalları açıqlanmır, çünki Ukraynanın Birləşmiş Ştatlardan maliyyə yardımı, hərbi dəstək və təhlükəsizlik zəmanəti şəklində əhəmiyyətli dəstək alacağını Tramp dövründə təsəvvür etmək çətindir. Axı Tramp bütün bunları Avropanın çiyninə yükləmək istəyir. Bu baxımdan, ehtimal ki, müzakirə Ukraynadan daha çox, Zelenskinin özünün gələcəyi ilə bağlı olub, xüsusən də hərbi əməliyyat başa çatandan sonra.

- Bəs Makron niyə Avropa birjasını dərhal çökdürən sövdələşməyə belə maraq göstərib?

- Fransanın Azərbaycana qarşı elan etdiyi "müharibə"ni unutmaq olmaz. Bu ölkənin Afrikada verdiyi itkilərdən sonra Makron, həqiqətən də, erməni kartını oynamaqla Cənubi Qafqazda möhkəmlənmək istəyir. Təbii ki, o, Azərbaycanın Aİ ölkələri ilə növbəti qaz müqaviləsi bağlamasının qarşısını almaq üçün Avropanı ruhdan salmaq bahasına olsa belə, çox şey etməyə hazırdır. Deməli, gördüyümüz kimi, qlobal geosiyasətin arxasında sırf şəxsi eqoist maraq dayanır. Zelenski də özünün və Makronun gələcəyindən, həmçinin Azərbaycanla mübarizəsindən narahatdır. Beləliklə, nə qədər bayağı səslənsə də, bütün bu beynəlxalq siyasət, sadəcə, şəxsi maraq naminədir. Kimsə hələ də bu "güc"lərin sülh üçün çalışdığını necə düşünə bilər?

Mərahim Nəsib


Oxunub: 3 056
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:25 | Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında
    Bu gün, 14:23 | Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Bu gün, 14:22 | Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək - Yaxın vaxtlarda...
    Bu gün, 14:20 | Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir
    Bu gün, 14:17 | Zahid Oruc bu şəxslərə maaşdan əlavə pul verilməsini təklif edir
    Bu gün, 13:00 | MM Özbəkistanla əbədi dostluq müqaviləsini təsdiqlədi
    Bu gün, 12:59 | 13 il əvvəl törədilən qətllə bağlı yeni məlumat...
    Bu gün, 12:57 | "Qarabağ" 4500 manat cərimələndi
    Bu gün, 09:07 | Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
    Bu gün, 09:06 | Sərnişinlər qapıların bağlanmasına mane oldular, qatar gecikdi - ADY-dən sərnişinlərə çağırış
    Bu gün, 09:04 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Ştutqart"a, "Atletiko Madrid" "Bavariya"a qarşı
    Bu gün, 09:02 | 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi
    Bu gün, 08:59 | Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı
    Dünən, 21:22 | Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
    Dünən, 21:18 | “Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
    Dünən, 20:01 | Diqqət: Sabah bu yolun bir hissəsi bağlı olacaq
    Dünən, 19:59 | Bu şəxslərə xoş xəbər - Qərar
    Dünən, 18:06 | 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
    Dünən, 17:01 | Agentlik sədri yeni şöbə müdiri təyin etdi
    Dünən, 16:59 | Anar Əliyevin yeni müşaviri kimdir - DOSYE
    Dünən, 16:21 | Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...
    Dünən, 16:19 | Razılıq əldə olundu: O, ölkəmizə ekstradisiya ediləcək
    Dünən, 16:17 | Əsgərlikdən yayınmaq istəyənlərə cinayət işi açıldı
    Dünən, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Dünən, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Dünən, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Dünən, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Dünən, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Dünən, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Dünən, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Dünən, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Dünən, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Dünən, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Dünən, 14:03 | “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
    Dünən, 14:00 | Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
    Dünən, 13:56 | Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
    Dünən, 13:50 | İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
    Dünən, 13:35 | ADA Məktəbində “Məhsul bayramı” keçirildi
    Dünən, 13:33 | Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
    Dünən, 13:32 | Azərbaycanda bu sürücülər də imtahan verəcək
    Dünən, 13:09 | Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?
    Dünən, 13:07 | Sabah 23 dərəcə isti olacaq
    Dünən, 12:59 | Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...
    Dünən, 12:32 | Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
    Dünən, 12:22 | Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
    Dünən, 12:17 | Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
    Dünən, 12:13 | Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Dünən, 11:58 | Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
    Dünən, 11:53 | "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
    Dünən, 11:50 | "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.