Azərbaycanda şok hadisə: məktəbdən direktorun meyiti tapıldı - Foto
Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb. Mediaxeberleri.Az xəbər verir ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun ölüm səbəbi hələ ki məlum deyil. Abşeron-Xızı Regional Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib: "Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq". Faktla bağlı araşdırma aparılır.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: