Mediaxeberleri.az
    
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir

Son xəbərlər :
  • Həmin gündən 4 il ötdü...
  • Sabah hava necə olacaq?
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
  • Yarım milyondan çox borca düşən məşhur şərab şirkəti bu dəfə cərimələndi - SƏBƏB
  • Çin ABŞ-da zavodlar tikəcək - Tramp "hə" desə də, şərt qoydu
  • Coşqunun dayısı: “Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - VİDEO
  • ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
  • Üzdə şişkinlik, dəridə səpgilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO
  • Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır - VİDEO
  • Milçək qonan qidanı yeməzdən əvvəl düşünün: Bəzi xəstəlikləri daşıya bilər
  • Almaniyada yanacaq bahalaşdı
  • Azərbaycan cüdoçusu Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı
  • İndoneziyada göyərtəsində 200-dən çox sərnişinin olduğu gəmi ilə əlaqə kəsilib - VİDEO
  • Misli Premyer Liqasında V turun növbəti oyunları: "Zirə" "Qarabağ"a qarşı
  • İsmayıllıda yanan avtomobildə ölən və xəsarət alan şəxslərin kimlikləri məlum oldu
  • Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir
  • Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
  • Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!
  • Ukrayna daha müharibə xərclərini qarşılaya bilmir
  • Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

VƏTƏNDƏN AYRI DÜŞƏN NAXÇIVANI AZƏRBAYCANLA BİRLƏŞDİRMƏK! – Zahid Orucdan sensasion yazı

  • Tarix: 24-12-2024, 10:52

O, vəzifə və çörək verdiyi, yaxud “əbədi məğlub” damğasından xilas etdiyi şəxslərin xəyanət və dönüklüyünə usanmır...


Başa vurduğumuz 2024-cü il ilk növbədə, dövlətlərin siyasi elitaları qarşısında qlobal çağırışlar yaradaraq, zəif ümidlər işığında öz yerini təhvil verir. Gerçəkdən, tarixin təkəri heç vaxt indiki qədər qlobal qövs cızmayıb; bir-birini əvəzləyən lokal toqquşmalar nəhayət, İkinci Dünya Müharibəsindən sonra özünü qalib sayan dövlətlərin hərbi meydanda açıq döyüşləri ilə əvəzlənib. Hər halda, nüvə apokalipsisi Maltus ilgəyindən daha böyük təhlükə kimi bəşəriyyətin varlığını təhdid edir.



Belə şəraitdə, Azərbaycan liderinin 10 yanvar tarixli müsahibəsində, “hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin azad edilməsi və suverenliyimizi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır” bəyanatı, təkcə Sovetlər Birliyinin çöküşü ilə işğal və qaçqınlıq dalğasına məruz qalan bir xalqın mənəvi-siyasi taleyinə üzüntünün ifadəsi deyil, daha çox Yeni Era adlandırılan dövrün tələblərini və xüsusiyyətlərini milləti ilə bölüşmək cəhdidir.

Son 4 ildə yenidən doğulan bir xalqın qalibiyyəti dünyəvi fakta çevrilməkdə ikən, əhatəmizdə silahlı, qanlı və inqilabi qeyri-sabitlikdir. Kiçik dövlətləri mövsümi savaşlara yem edən, oyun qaydalarını və geosiyasi xəritələri müəyyənləşdirənlər dünənə qədər radikal dini terrorçu kimi başına külli miqdarda mükafat təyin etdikləri şəxsi indi diktaturanın alternativi kimi qəbul etməyə məcbur olur. Göründüyü kimi, strateji xəritələri tərtib edən beyin mərkəzləri və fikir fabrikaları çökür, ən yaxın siyasi gələcəyi hesablaya bilmir, yeni əsrin insanları Corc Oruelin “böyük televizor”undan qaça bilirlər.



Qarabağın tərpətdiyi qlobal layların növbəti geosiyasi toqquşma ünvanını hesablamaq o qədər çətin deyil. Axı, tarixi tsikl üzrə əvvəlcə sosialist düşərgəsinə daxil olan ölkələr yeni üsul-idarələrə və cazibəli ideologiyalara keçmişdilər, sonralar qanlı inqilablar və vətəndaş müharibələrinin zəif saldığı dövlətlər “demokratiya adlı qlobal işğal layihələri”nə təslim oldular. İndi siyasi xəritədə mövcudluğunu qorumaq, həlledici anda düzgün seçim etmək, forpost olmadan, hansı cəbhədə yer aldığını müəyyənləşdirmək gərəkdir.

İlham Əliyevin fenomenal üstünlüyü, rəqibləri və müttəfiqləri ilə müqayisədə müstəsnalığı öz ölkəsinin coğrafiyasını, hərbi imkanlarını, əhali sayını, iqtisadi gücünü aşan missiyaya yiyələnməsindədir. Əslində, tariximizdə məhz belə rəhbərlik xüsusiyyətləri çatışmadığı üçün taleyimizi həll edənlər həmişə başqaları olub. Biz diplomatik masada əyləşmək haqqını qazana bilməmişik. Nə vaxt rəhbərlərimizə ucqar bir yer göstərilibsə, onda da məğlubiyyət sənədlərini imzalamaq üçün gərək olub. İndi isə Qafqaz dağları hərbi istehkam kimi möhkəmlənib, həm də yüz illərlə bir-birinə düşmən kəsilən xalqlar Azərbaycan liderinin timsalında özlərinə yeni xilaskar qazanıblar.

İrəvan, Tiflis, Tehran, Moskva və yaxın çevrədə Qroznı, Dərbənd, bütün Volqaboyu xalqı dinlərindən və irqlərindən asılı olmayaraq, ona inam və etimadla yanaşırlar. Milli tariximizdə bir şəxsiyyətin miqyası, fərqli dinləri və mədəniyyətləri, başlıcası, iqtisadi-siyasi mənafeləri uzlaşdırmaq məharəti təkcə tarixdən miras qalan ağır bir konflikti çözməyə deyil, həm də sərhədlərindən min kilometrlərlə uzaqlarda Qərb-Şərq, Şimal-Cənub sivilizasiyaları arasında gedən çoxillik köhnə-yeni savaşları həll edə bilir.




İlham Əliyev məhdud milli resurslarla daha böyük dövlətlərin lideri kimi çıxış edir, dünya təhlükəsizliyi üçün barış missiyasını üzərinə götürür, savaşlardan dividend gözləmir, İkinci Dünya Müharibəsindən sonra Ruzvelt, Çörçil, de Qol və Stalin kimi təkcə öz dövlətlərini deyil, bütün millətlərdən ötrü ideyalar və təşəbbüslər irəli sürür.



Bu yerdə, Qələbəmizdən sonra Bakıya gələn BMT Baş Katibinin nadir ziyarətində də sanki bir rəmzilik var. Faşist Almaniyasının məğlubiyyətindən sonra Millətlər Liqası tarixə qovuşmuşdu. İndi Ermənistanın yenilməsi ilə yeni dünya düzəni Şərqdən başlanır. Ədaləti yalnız öz gücü ilə qazanan bir xalqın lideri hazırda Ukrayna, Qəzza, Livan, Suriya, Yəmən və onlarla konfliktin həlli yolu Nyu-Yorkun əzəmətli binasında deyil, qədim Bakıda verilir. İbrətamiz bir səhnədir—30 il bütün beynəlxalq formasiyaları imtahan edib ən sonda “Qordi düyünü”nü özün kəsirsən. Hər halda, 21-ci əsrin müharibələri sırasında qalibiyyətlə tamamlanan yeganə hadisədir. Ona görə də İlham Əliyevi dünya siyasi arenasında güclü edən birinci növbədə, onun qazandığı mahiyyətcə beynəlmiləl, formaca regional müharibədir. Təkcə ona görə yox ki, hərbi savaş bir ayrı sərkərdəlik qabiliyyəti tələb edir, yox, indi hətta Finlandiya, İsveç kimi neytral ölkələrin hərbi çətir altına girməyə məcbur olduğu bir şəraitdə sən Qərb mərkəzli birqütblü dünyaya qarşı çağırış edən, onu dəyişməyə qalxan liderlərin qarşısına ayrı statusda çıxa bilməzsən.



İlham Əliyevin 7 fevral seçkiləri onun əvvəlki onilliklərdə qazandığı siyasi turların heç biri ilə müqayisə oluna bilməz. Qarabağdan sonra Azərbaycan coğrafi böyüyərək, sərhədlərini aşdı; nəticədə bir ölkənin rəhbəri ata Əliyevin başlatdığı siyasi missiyanı uğurla tamamlayaraq, yeni dövrün yol xəritəsini yazdı. O, hərbi meydanda ümumxalq referendumundan keçərək, əslində qurduğu strategiyanın növbəti mərhələsinə-dünyanın yenidən bölüşdürülməsinə vəsiqə qazandı. Tariximizdə ilk dəfə baş verən belə hadisə, sərhədləri qapanmış bir xalqın cari sosial-iqtisadi qayğıları ilə uzlaşmaya bilər. Lakin geosiyasətin öyrətdiyi qaydaya tabe olmalısan-dövlətlər də canlı orqanizmdir-onun da inkişaf tsiklləri var. Azərbaycan imperiya iddiasında deyil, lakin coğrafi böyüdüyü üçün siyasi genişlənmədən kənarda qala bilməz!

2024-cü ilin prezidentliyi bütün əvvəlki onillərdən fərqlənir-söhbət təkcə torpaq və suverenlik bütövlüyündən getmir. Hərçənd, hər iki müstəqillik atributunu qazanmaq üçün iki Vətən savaşından, on minlərlə insan itkisi və milyonların humanitar fəlakətindən keçməli olmuşuq. İlham Əliyev Qarabağı “əbədi nifaq alması”ndan sülh və harmoniya məkanına, etnik-milli birlik ünvanına çevirib, səngər və istehkamların deyil, tunel və yolların, böyük yaşayış məskənlərinin quruculuq vahidinə döndərib.

Şah İranı və çar Rusiyası arasında manevrlər edən, müxtəlif titullar və imtiyazlarla regionun inzibati, etnoloji varlığını qoruyan heç bir azərbaycanlı başçı-Pənahəli xandan Xosrov bəy Sultanova, yaxud cümhuriyyətçi Yusifbəylidən bolşevik Bağırovadək, o cümlədən, müstəqillik dövrünün bir-birini əvəzləyən prezidentləri Mütəllibov, Elçibəy və bir aylıq rəhbərlərə qədər heç biri müasir Azərbaycan liderinin uğurunu əldə etməyiblər. Doğrudur, hər biri-xüsusilə də Qafqazlarda xüsusi hörmət sahibi olan Nərimanov, ondan daha böyük təsir və xarizmaya malik ata Əliyev “Qordi düyünü”nü kəsməyə çox yaxın olublar. Birincisi, Leninlə yaxın münasibətləri və yüksək ziyalı mövqeyi hesabına, ikincisi isə Moskva və İttifaq miqyasında misilsiz əlaqələri, çəkisi, nəhayət, Kremlin gizli hücrələrindən yönləndirilən siyasətin müəlliflərindən biri kimi, Xankəndini əbədi ram etmək istəyiblər. Lakin siyasətin fortunası oğul Əliyevin parlaq taleyində təcəssüm edib. O, çoxəsrlik milli ideal və arzuların tək gerçəkləşdiricisi olub.



Beləliklə, ““Dağlıq Qarabağ” ifadəsi tarixə qovuşub” deyərkən, biz ən azı I Pyotrdan sonra üzərində demoqrafik və inzibati planlar cızılan bölgədə oynanılan silahlı-qanlı dramalara son verildiyindən danışırıq. Onu sonrakı əsrlərdə başqa çarlar, baş katiblər və prezidentlər də davam etdiriblər. Ona görə də qələbəni yalnız bir zaman çərçivəsi ilə məhdudlaşdırmaq olmaz. Son iki əsrdə bizə qarşı olanlar, yaxud Qorbaçovdan Buşa qədər, yüzlərlə qərbli-şərqli siyasətçini, parlamentarini, media düşmənini məğlubların sırasına qata bilərsiniz. Beləliklə, Xankəndi Zirvəsi təkcə Şuşadan sonrakı Zəfərin adı deyil, həm də zorən 100 minlərlə erməni və digər etnik xalqların azərbaycanlı ərazilərini daxildən parçalamaq, milli dövlətçiliyinin altına mina qoymaq planlarının da zəminini yox elədi.

Göründüyü kimi, bütün işğal ərazisinə əkilən fiziki minaların ölümcül təhlükəsinə görə minlərlə insanımıza zərbə vurulsa da Qarabağın siyasi statusu və demoqrafik xəritəsi daimi partlayış effekti daha böyük idi. Fərqli bir ssenaridə-1989-cu ildən sonra, məsələn, Belarus kimi siyasi gələcəyini quran bir dövlət həmişə öz bətnində etnik-milli savaşlar təhlükəsini daşımağa məhkum idi. İndi isə İrəvanda hakimiyyəti dəyişmək üçün kritik kütlə toplamaq planına qurban gedən və ərazini könüllü tərk edən erməni əhalinin yerində böyük bir tarixi tsikl öz nizami başlanğıcına qayıdır. Azərbaycanlılar ermənilərlə ayrılıb birgəyaşayışın yeni formullarını axtarırlar. Qələbəmiz təkcə azad torpaqlarda deyil, daha böyük coğrafiyalarda həyatın yenidən quruculuğu-gəmi ilə xilas olan bir ovuc canlının Yer adlı beşiyinə çevrilir.

İlham Əliyev bioloji varlığı ilə bərabər, daha çox siyasi varisliyi haqq etdiyi Heydər Əliyevin sovet və müstəqillik illərində üst-üstə 28 ilə yaxın rəhbərliyinin kölgəsində qalmır, əksinə onu aşır və 21-ci əsrin nadir nümunələrini yaradaraq, mənsub olduğu siyasi kursu əbədiyaşar etməyi bacarır. Əks halda, titullu ad və xarizma hər növbəti rəhbəri böyütmək üçün deyil, kiçiltməyə yarayır. İstənilən qərar və sərəncamlar, vətəndaşla ünsiyyətin adi nümunələri belə, ata Əliyevin liderlik üslubu ilə müqayisədə ikinciləri qısa vaxtda ictimai inam və siyasi kapitaldan məhrum edər. Heydər Əliyevi təkrarlaya bilməyən istənilən uğurlu Harvard, yaxud Sorbonna məzunu anındaca iflasa uğrayır. Oğul Əliyev borclu olduğu siyasi irsi nəinki tükədib bitirmir, tam əksinə, yaratdığı yeni siyasətçi obrazı ilə təmsil etdiyi Siyasi Akademiyanı dövlət idarəçiliyinin bir nömrəli məbədinə çevirir.



Böyük Atatürk 1921-ci ilin yanvarında yunanları məğlub edən, xalqının ac-yalavac əllərindən yoğrulan döyüşçülərin qarşısında çıxış edərkən deyir: “mənim cəngavərlərim, siz millətin tərsinə gedən taleyini yendiniz”. Zamanını aşan və təkcə bir millət üçün deyilməyən parlaq sözlərdir. Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan tədbirdə eyni ruhla deyilən başqa bir deyimi xatırlatsaq görərik ki, xalqına bütün varlığı ilə bağlı olan rəhbərlər tarixin gedişini dəyişə bilirlər. Prezident qəlb ağrısı ilə deyir: “Axı mənim xalqım nə üçün belə fəlakətlərə məruz qalıb?!”Gerçəkdən belə tale məhkumluqdur. Köçkünlük, qaçqınlıq, torpaq itkiləri, məzlumluq, yazıqlıq acı siyasi hökmlərdir. Belə davam edərdisə, 22-ci əsrin ortalarında latın xalqı kimi yer üzündən silinə bilərsən.

Lakin İlham Əliyev, böyük Atatürk kimi, millətin geriyə gedən, tərsinə yazılan və oxunan taleyini dəyişir. O, hökm edir-belə ola bilməz! Bir çox azərbaycanlı rəhbərlərini torpaq itkilərinə görə açıq qınayanda, yanlış qərarlarını geri oxutdurmağa çalışanda da bəsit iddialardakı kimi tarixdə özünə yer etmək üçün başqasını kiçiltmir, çünki öz Böyükdür, ona ehtiyacı yoxdur. Axı qaliblərə mühakimə haqqını Böyük Zaman verib. Ədalətli hakim odur. İlham Əliyev İrəvanı göstərərək, Xankəndinə bayraq sancır və deyir—biz burada dayanmışıq, heç vaxt da bu torpaqları tərk etməyəcəyik. Az qala gələcəyin əhdi-ətiqidir. Heç kim bir daha qanla qazanılan hökmləri və dövlət fərmanlarını poza bilməz.

Öz xalqının sonadək başa düşülməyən lideri Levon Ter-Petrosyan üzərindən 24 il sonra Lissabon sammiti üzərindən sirr pərdəsini götürəndən sonra ata Əliyevin neft müqavilələrini Qarabağın işğal daşlarını tərpətməyə necə yönəltdiyini, böyük dövlətlərin mövqelərindəki kəskin dəyişikliklərə hansı üsullarla nail olduğunu açıq bir dillə təsvir etdikcə, 90-cı illər Bakısını bürüyən antihakimiyyət aksiyalarının və əbədi “işğal partiyası”nın ironiya ilə qarşıladığı dönüş aktlarına yenidən baxmaq tələb olunur. Şuşaya gedən yol o tarixi sənədlərdən başlanmışdı. İndi erməni Baş nazirinin 2018-ci ildə hakimiyyətə gələndə bütün danışıqların yalnız bir tələblə-Qarabağın geri qaytarılması üçün aparıldığını, qalanlarının daxili siyasi təbliğat hadisəsi olduğunu etiraf etməsinə baxanda, on illərlə danışıqlar əleyhinə gedən kampaniyaları, mitinqlərlə torpaqların verilməsinin qarşısını aldığını iddia edənlərin siyasi düşmənçiliyini açıq görürsən. Deyəsən, onlar fəhmlə duyurdular ki, Qarabağ dalğasında meydana və hakimiyyətə gəldikləri üçün, həmin fırtınanı söndürən lider əbədi mənəvi iqtidarda olacaq!

Eləcə də genetik qorxuların öz gücünə inamla əvəzlənməsi də Birinci Şəxsin hünərinin nəticəsidir. Lider müxtəlif melanxoliyaların daşıyıcısı ola bilər. Lakin üzərinə ümumxalq məsuliyyəti götürdünsə, daşıdığın xüsusiyyətlər təmsil etdiyin millətin arzu və istəklərinə uyğun olmalıdır. Ruzvelt 4-cü prezidentliyini dəmir arabada keçirə bilər, yaxud böyük Hindistan xalqı Mahatma Qandinin cüssəsiz və çəlimsiz vücudu ilə silahsız müharibəyə qalxar və savaşı qazanar. Lakin qoca Şərqin ehkamları və inancları bir ayrıdır. İlham Əliyev nəsildən-nəslə ötürülən məğlubiyyət silsilələrinin müxtəlif düşmən laboratoriyalarında sindroma çevrilərək daşlaşdırılan kiçiklik komplekslərini yerlə bir edir. O, bir vaxtlar Şah İsmayıl Xətai, yaxud Nadir Şahın fəthlərindən yoğrulan millətin ən azı 3 nəsil irəli getmədiyini, adına “kölə, xidmətçi və qaravaş” statusu verilməsini dəyişərək, Yaxın Şərqdə təkcə özünü qoruyan tayfa və qövmlərdən fərqli yeni millət yaradır.

Dünənki hərbçi libaslı inşaat batalyonları və Birinci Qarabağ savaşındakı məğlub ordu 44 günə yeni status qazanır. Yalnız güclüləri sevən və qaliblərə yaşamaq haqqı tanıyan Qafqazlarda başqa adla yaşaya bilməzsən. Sənaye məhsulu kimi növbəti istehsal təyinatını gözləyən 70 min ordeni öz ordusunun döşünə taxaraq, onların timsalında gələcək qəhrəmanlıq əsatirlərini formalaşdırır. Onun Ali Baş Komandan ola bilmədikləri üçün prezident ola bilməyənlərdən fərqi bundadır. Əliyev ilk növbədə, hərbi rəhbərdir; o, müharibədə qazanır, inqilab və üsyanlar səbəbilə hakimiyyəti tərk edən azərbaycanlı rəhbərlərinin məğlubiyyətlərinin əsl səbəblərini göstərir.


O, I Pyotrun vəsiyyətini dəyişdirir, 3 əsrdir rus əsgərlərinin ermənilər üçün səngərə girməsinə, ölməsinə son qoyur və Moskvadan bütövlüyünə, müstəqilliyinə tam zəmanəti forpost olaraq deyil, məhz ağıllı diplomatiyası ilə qazanır. “Smart” məfhumunu yalnız texnologiyaların sərəncamına verənlər görür ki, İlham Əliyev şərqlilərə xas emosionallığı müqəddəs savaşlarda səfərbərlik silahına çevirsə də siyasətinin soyuq və hesablı uzlaşma sənəti olduğunu əsla unutmur. O, Putin və Ərdoğan, Tramp və Şoltsla danışanda kiçik coğrafiyanın, yaxud əhali sayının kompleksini yaşamır, əksinə, bir çoxları nüvə dövlətləri ilə sərt danışmağın riskini qabardıb onun əvəzindən qorxu keçirəndə, Əliyev dayanıqlığını və özgüvənini itirmir. O, hikkə ilə özünü oreşkinlərə hədəf edən qəhrəman ukraynalıların liderləri kimi hərbi meydanda 300 milyardlıq dünya silahlarını israf edib, əhalisini dünya boyunca köçkünə döndərib iflas dövlətinə çevrilən müasir siyasətçi tiplərinə bənzəmir.




Ətraflı






O vəzifə və çörək verdiyi, yaxud “əbədi məğlub” damğasından xilas etdiyi şəxslərin-fərq etməz, onlar nazir ranqında olublar, yoxsa, hakim, yaxud rəqib siyasətçi libasında, heç bir xəyanət və dönüklüyə, saray oyunları, qruplaşmaları və intriqalarına usanmır, hər dəfə minlərlə komanda üzvünü yeniləri ilə əvəzləyərək, daha ambisiyalı hədəflər və məqsədlər naminə komandasını ayağa qaldırır. O idarə edərkən, sadəliyi, mehribanlığı və qayğıkeşliyi ilə siyasi müəllimlik edir, öyrədir, lakin eyni zamanda, tələbkarlığı, çevikliyi və məharəti ilə bütün çevrəsinə və formalaşan gənc nəslə corc vaşinqtonları uzaq qitələrdə deyil, məhz öz ölkəsində axtarmağa yönəldir.

O, bütün yolların apardığı Romanın imperiya siyasətini yaxşı bildiyindən, Zəngəzuru dəhliz kimi deyil, Vətəndən ayrı düşən Naxçıvana bir ayrı Qarabağın Azərbaycana birləşdirilməsi yolu kimi baxır. 21-ci əsrin kommunikasiya inqilabı şəraitində belə liderlik hədsiz çətin və hətta qeyri-mümkü görünür. Millətləri başsız qoyan bütün hibrid savaş texnologiyalarının hökrmanlıq etdiyi müasir dövrdə O, hər zaman informasiya silahlarının qarşısına milyonlarla tərəfdarını deyil, məhz öz məğrur iradəsini qarşı qoyur.


O, 21-ci əsri Yeni Qalib Yüz il adlandırır. Millət quruculuğu bütün yaradıcı fəaliyyətlərin ən müqəddəsi olduğu üçün qara haşiyəli təqvimi dəyişərək, qalibiyyət təqvimini də məhz özü yaradır. 8 noyabrdan 20 sentyabra qədər, Ağdam, Kəlbəcər və Böyük Qayıdış günlərinin hamısı onun yaratdığı siyasi simvollardır. Sezar Romalı alimlərlə cəmi 1 günlük səhv etdiyi Yulian təqvimini bəxş etdiyi kimi.



O, Yeni Dünya Konstitusiyasını döyüş meydanlarında yazır. Hər sətri qlobal sövdələşmə və siyasətin ağrı, acılarından salamat çıxan dəmir qanunlardır. Söhbət yalnız güclülərə yaşamaq haqq tanıyan və süngünün ucu ilə yazılan ədalət aktlarından gedir-bəli, dünya zəifləri sevmir və haqq güclüllərin tərəfindədir. Lakin ədalətin Zəfər çaldığı ölkədə..Ona görə də ilk siyasi illərini sadədil inam şəraitində keçirdiyini heç gizlətmir də..






O, təkcə millətinin vahidliyini deyil, həm də ərazi və suverenlik bütövlüyünü öz şəxsiyyətində təcəssüm etdirir.


Onun üçün, Qalib 100 ili Qələbə ilə başlamaq Böyük Şahmat Taxtasında qalmağın yeganə şərtidir.


Onun Ad Günü müharibədə Qələbədən sonra tam ayrı məna, şəxsiyyəti isə mütləq fərqli obrazdır.


Taleyi millətinin həyatına qarışan adamların şəxsi ömrü olmur!


Qalibiyyət Onun yeni milli ideologiyasıdır!


İlham Əliyev hakimiyyətdən, hökumətdən, hakim partiyadan, məmuriyyət sinfindən daha çox sadə xalqın lideridir.


O, tarixdə elə bu statusla da qalacaq!


Oxunub: 546
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:29 | Həmin gündən 4 il ötdü...
    Bu gün, 14:20 | Sabah hava necə olacaq?
    Bu gün, 14:12 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
    Bu gün, 13:30 | Yarım milyondan çox borca düşən məşhur şərab şirkəti bu dəfə cərimələndi - SƏBƏB
    Bu gün, 11:41 | Çin ABŞ-da zavodlar tikəcək - Tramp "hə" desə də, şərt qoydu
    Bu gün, 11:33 | Coşqunun dayısı: “Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - VİDEO
    Bu gün, 11:31 | ABŞ müharibə etmək istəyirsə... - Pezeşkian
    Bu gün, 11:28 | Üzdə şişkinlik, dəridə səpgilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO
    Bu gün, 11:22 | Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır - VİDEO
    Bu gün, 11:20 | Milçək qonan qidanı yeməzdən əvvəl düşünün: Bəzi xəstəlikləri daşıya bilər
    Bu gün, 10:50 | Almaniyada yanacaq bahalaşdı
    Bu gün, 10:37 | Azərbaycan cüdoçusu Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı
    Bu gün, 10:17 | İndoneziyada göyərtəsində 200-dən çox sərnişinin olduğu gəmi ilə əlaqə kəsilib - VİDEO
    Bu gün, 10:10 | Misli Premyer Liqasında V turun növbəti oyunları: "Zirə" "Qarabağ"a qarşı
    Bu gün, 10:08 | İsmayıllıda yanan avtomobildə ölən və xəsarət alan şəxslərin kimlikləri məlum oldu
    Bu gün, 10:05 | Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir
    Bu gün, 10:04 | Alimlər mədəaltı vəzi xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
    Bu gün, 10:02 | Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!
    Bu gün, 10:00 | Ukrayna daha müharibə xərclərini qarşılaya bilmir
    Dünən, 22:14 | Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər - VİDEO
    Dünən, 21:37 | "Sumqayıt" "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə - Video
    Dünən, 19:10 | 23 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
    Dünən, 19:08 | Bu ölkədə 200 minə yaxın vətəndaşın bank hesabı bloklandı
    Dünən, 18:45 | “Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
    Dünən, 16:56 | Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
    Dünən, 16:54 | Formula 1 öncəsi universitetlərdən dərslərlə bağlı QƏRAR
    Dünən, 16:14 | İran Türkiyəyə uçuşları dayandırıb?
    Dünən, 16:13 | Nehrəm qəsəbəsində 522 şagird yerlik 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək - FOTO
    Dünən, 16:11 | Bakıda ağır qəza: Qadını vurdu, sonra “Prius”a çırpıldı
    Dünən, 16:09 | Gənclər arasında bu xəstəlik sürətlə yayılır – Həkimdən xəbərdarlıq
    Dünən, 13:10 | Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Dünən, 10:39 | Misli Premyer Liqasında V tur davam edir: İki maraqlı oyun keçiriləcək
    11-09-2026, 22:22 | Bu ailələrə müavinət verilə bilər
    11-09-2026, 22:15 | "Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
    11-09-2026, 22:08 | "Niyə oxuyursan, tez ərə get" - komitə sədri bəzi müəllimləri tənqid etdi
    11-09-2026, 22:04 | İcra hakimiyyəti bayraqların satın alınması üçün 12 min manatdan çox pul xərcləyəcək
    11-09-2026, 20:25 | Azərbaycana buna görə minnətdarıq - ABŞ
    11-09-2026, 20:23 | Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    11-09-2026, 20:06 | Qadınların 55 yaşında pensiyaya çıxması məsələsi – Real ssenari açıqlandı
    11-09-2026, 20:04 | Köhnə telefon və batareyalar radiasiya saçır? - Alimdən MARAQLI AÇIQLAMA
    11-09-2026, 20:02 | Türkiyədə hərbi maşın aşdı: ölən və yaralananlar var
    11-09-2026, 20:00 | Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti uzadıldı
    11-09-2026, 18:31 | "Neftçi" "İmişli"yə qalib gəldi
    11-09-2026, 14:38 | Şənbə günü yağış yağacaq
    11-09-2026, 12:42 | 90-lardan VƏZİFƏDƏ QALANLAR, PENSİYA ALANLAR - Ən stajlı 20 icra başçısı + SİYAHI
    11-09-2026, 12:37 | Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    11-09-2026, 12:30 | Medvedev ruslara “inanmayın” deyir - “İnformasiya hücumlarının məqsədi budur ki...”
    11-09-2026, 12:28 | UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    11-09-2026, 12:27 | LABORATORİYADA YETİŞDİRİLƏN ƏT AZƏRBAYCAN BAZARINA DAXİL OLA BİLƏR? - Ekspert perspektivləri qiymətləndirir
    11-09-2026, 12:23 | Azərbaycanda rəis müavini faciəvi şəkildə öldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.