Azərbaycanla əlaqələr strateji səviyyəyə çatıb - Senator
ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışan və dostluqları mühüm geosiyasi əhəmiyyət daşıyan ölkələrə investisiya qoymaqdan imtina edə bilmərik. Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunda səsləndirib. Senator bildirib ki, Amerikanın Xəzər bölgəsində artan iştirakı hər iki tərəf üçün fundamental dəyişiklik deməkdir: “Prezident Donald Tramp, Dövlət katibi Marko Rubio və administrasiyanın Amerika milli maraqlarının təmin olunmasına yönəlmiş qətiyyətli siyasəti Mərkəzi Asiya və Qafqazda nümayiş etdirilən cəsarətli liderliklə birlikdə yeni əməkdaşlıq və dostluq dövrü üçün böyük imkanlar yaradıb. ABŞ, Mərkəzi Asiya və Qafqaz ölkələri artıq strateji baxımdan bir-birinə daha da yaxınlaşıb. Bu fundamental dəyişiklik nəticəsində münasibətlərimiz hazırda olduqca müsbət mərhələyə qədəm qoyub və bunun uzunmüddətli olacağına inanırıq”.





















