DÇ-2026: ABŞ Paraqvayı məğlub etdi
Futbol üzrə dünya çempionatında D qrupunun ilk oyununda ev sahibi ABŞ millisi Paraqvayla qarşılaşıb. Mediaxeberleri.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanın 7-ci dəqiqəsində Bobadillanın avtoqulu sayəsində ABŞ millisi hesabda önə çıxıb. 31 və ilk hissəyə əlavə olunmuş 5-ci dəqiqələrdə F.Baloqun ABŞ-nin üstünlüyü bir qədər də möhkəmləndirib. Qonaqların təsəlli qolu 73-cü dəqiqədə Maurisiodan gəlib. Oyunun sonuna əlavə olunmuş 8-ci dəqiqədə G.Reyna yekun hesabı (4:1) müəyyənləşdirib.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















