Azərbaycanda mazut istehsalı dəfələrlə artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 27,4 min ton mazut istehsal edilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə, ölkədə mazut istehsalı 21,7 min ton və ya 4,8 dəfə artıb. 2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 5,7 min ton təşkil edib. Dekabrın 1-nə hazır məhsul ehtiyatı 1,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 0,3 min ton və ya 17,6% azdır. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 1,7 min ton olub.
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: