Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi tədarükünə hazır olduqlarını təsdiqləyiblər
"Gürcüstan və Azərbaycan Rusiyaya elektrik enerjisi ixrac etməyə hazır olduqlarını təsdiqləyiblər". Mediaxeberleri.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "İnter RAO" İdarə Heyətinin üzvü Aleksandra Panina Bərpaolunan Enerji İnkişafı Assosiasiyasının "Rusiyanın bərpaolunan enerjisi" konfransı çərçivəsində deyib. "Cavab aldıq. Azərbaycan 250-300 MVt həcmində qəza yardımı göstərə biləcəyini bildirdi", - deyə o qeyd edib. Panina Azərbaycandan əvvəllər də Rusiyaya elektrik enerjisi tədarükünün həyata keçirildiyini vurğulayıb. Gürcüstana gəldikdə isə o bildirib ki, Tbilisi konkret vədlər verə bilməsə də, vəziyyətdən asılı olaraq qərar verməyə hazır olduğunu bəyan edib. "Onlar əvvəlcədən söz verə bilməzlər, lakin vəziyyətdən asılı olaraq qərar verəcəklər", - deyə o izah edib. Bundan əvvəl Panina bildirmişdi ki, Rusiya qəza rejimləri zamanı elektrik enerjisi tədarükü imkanı ilə bağlı Azərbaycan və Gürcüstana müraciət edib.