Səngəçal Elektrik Stansiyası ətraf mühiti çirkləndirdi, cəzalandırıldı
Qaradağ Rayon Məhkəməsində "Səngəcal Elektrik Stansiyası" ASC-yə yazılan inzibati protokola baxılıb. Mediaxeberleri.Az-ın xəbərinə görə, hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib. Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib. Qeyd: ASC-nin qanuni təmsilçisi Rüstəm Elşad oğlu Qaçayevdir.
Oxunub: 113
Xəbəri paylaş
Paylaş: