Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
  • Sabah leysan olacaq
  • Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
  • İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
  • İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
  • İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
  • Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
  • NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
  • Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
  • Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
  • Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
  • Sabahın hava proqnozu açıqlandı
  • Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
  • Tramp Yəmənə zərbə variantını müzakirə edib
  • “Vivaldi” əməliyyatı: Ukrayna Donetskin daha 2 kəndini azad etdi
  • Ukrayna Moskvada nəhəng texnoparkı yandırdı – Video
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
  • Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib

  • Tarix: 12-12-2024, 00:13

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində ölkəmizin tarixində mühüm rol oynamış dahi dövlət xadimi kimi illər keçsə də hər zaman hörmət və ehtiramla anılacaq. Ulu Öndərin həm sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyin formalaşması üçün göstərdiyi müstəsna xidmətlər qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Dekabrın 11-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” mövzusunda tədbir keçirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçıs Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin rəhbərliyi, müəllim və tələbələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə “Dahilər ölməz, əbədi yaşar!” başlıqlı kitab sərgisinə baxış keçiriblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən “Dahi şəxsiyyət” filmi nümayiş etdirilib.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq bildirib ki, Heydər Əliyev Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır. O, öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq, el-oba, Vətən üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə örnək ola biləcək bir insan ömrü yaşadı. O, sağlığında necə fövqəlbəşər bir düha idisə, vəfatından sonra da xalqın sahilləri olmayan ümman məhəbbətinin təntənəsinə çevrildi. Onsuz keçən bu illərdə xalqın onu unutmayaraq məzarını ziyarət etməsi, xatirəsini uca tutaraq uyuduğu torpağı gül-çiçəyə qərq etməsi Heydər Əliyevin müqəddəslik zirvəsinə yüksəlməsinin əyani təzahürüdür. Bu gün xalqımızın dahi oğlu Heydər Əliyev cismən sıralarımızda yoxdur. Bu nə qədər təəssüfləndirici olsa da Onun ölməz ideyalarının yaşaması, arzu və istəklərinin müvəffəqiyyətlə həyata keçirilməsi böyük təsəllidir. Təsəllimiz bir də ondadır ki, bu gün dövlətimizin başında Heydər Əliyev ideyalarının və siyasi kursunun ən layiqli davamçısı, respublikamızı beynəlxalq aləmdə yetərincə tanıdan təcrübəli siyasətçi İlham Əliyev durur. Xalqımız onun ətrafında sıx birləşərək dövlətçiliyimizin möhkəmlənməsi naminə quruculuq işlərini davam etdirir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, dahi şəxsiyyətin anım gününə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb. Rayon rəhbəri Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər  Heydər Əliyevin mənalı ömür yolundan, siyasi fəaliyyətindən geniş söhbət açıb. İcra başçısı qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamız sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. XX əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulmasına başlandı. 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil oldu. Təsadüfi deyil ki, ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Azərbaycanda həyat ritmi büsbütün dəyişdi, ölkədə görünməmiş milli ruh, azərbaycançılıq məfkurəsi formalaşdı. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. İcra başçısı vurğulayıb ki, 1982-ci ildə Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi SSRİ kimi nəhəng dövlətin hakimiyyət imperiyasında Azərbaycan oğlunun belə yüksək mövqe tutması çox qürurverici hadisə idi. Bu illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ-nin hüdudlarını aşırdı. Heydər Əliyev Moskvada yaşadığı və işlədiyi dövrdə də Azərbaycana diqqət və qayğısını əsirgəmədi, həmin dövrdə bir sıra ittifaqmiqyaslı layihələri Bakıya yönəltdi. Heydər Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutması ermənilərin Azərbaycanla bağlı məkirli planlarının həyata keçməsinə mane olurdu. Belə ki, 1985-ci ilin əvvəlində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosuna müraciət edərək, qondarma “erməni soyqırımı”nın tanınmasını, yəni, 24 aprelin “anım günü” elan olunmasını təklif etmişdi. Siyasi Büronun iclasını aparan Qorbaçov bu təkliflə razılaşsa da, Heydər Əliyevin sərt və prinsipial mövqeyi ilə qarşılaşdı. Bu səbəbdən də onların hədəfi Azərbaycanın böyük oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi. Mixail Qorbaçovun siyasi hakimiyyətə gəlişindən sonra Heydər Əliyevə qarşı aparılan bədnam kampaniya açıq müstəviyə keçdi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi. Bununla da Azərbaycanın qara günləri başladı. Əminliklə demək olar ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, 20 Yanvar hadisələri baş verməz, torpaqlarımız işğal altına düşməzdi. 20 Yanvar faciəsindən bir gün sonra 1990-cı il 21 yanvar tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlarilə əlaqədar bəyanət verdi. Xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq 1990-ci ilin 20 iyul tarixində Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Məşhur fransız mütəfəkkiri Volterin “Dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamını diqqətə çatdıran rayon rəhbəri  Heydər Əliyevin də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən dahi insan olduğunu söyləyib. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Belə ağır bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi xaos və anarxiyadan qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür sui-qəsddən, dövlət çevrilişi cəhdlərindən qorundu və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxdı. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoydu. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artdı və  məbləğ etibarı ilə 2002-ci ildə 6,1 milyard manata çatdı. Düzgün düşünülmüş iqtisadi islahatlarla yanaşı, milli sosial müdafiə sisteminin qurulması və inkişaf etdirilməsi proseslərinə başlanıldı. 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalandı. İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. Bu gün Azərbaycan Respublika Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və dərin hörmətlə anır, dahi rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-cu il Azərbaycan SSR‑in sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu Öndərin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə çevrilmişdi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi nəzərə çarpacaq dərəcədə genişləndirilmiş, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrilmişdi. Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan vermişdi. Beləliklə, Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atılmışdı. Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşamış, paytaxt Bakının, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata keçirilmişdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurmuşdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qalmış, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirilmişdi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başlamışdır. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirilmiş, vətəndaş müharibəsinin qarşısı alınmışdır. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edilmişdir.  Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etmiş, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarmış, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratmışdır. Qısa müddət ərzində Azərbaycan sabitlik diyarına, iqtisadi möcüzələr ölkəsinə, dünya birliyinin layiqli üzvünə çevrilmiş, ən əsası Azərbaycanın gələcəyi üçün baza formalaşmışdır. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu.

Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova Heydər Əliyevin mədəniyyət sahəsində misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, danılmaz həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini, bütün həyatını Azərbaycanın yüksəlişinə qurban etmiş, təkcə maddi deyil, həm də mənəvi inkişafın, milli özünü dərkin, milli oyanışın təşəkkülünün memarı və təşəbbüskarı olmuşdur. Onun siyasi fəaliyyəti fonunda digər sahələrdə olduğu kimi, mədəniyyət, milli tarixi köklərə bağlılıq üçün də apardığı uzaqgörən mükəmməl siyasət Azərbaycanın müasir tarixində dərin və silinməz izlər buraxmışdır. Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə mədəniyyət siyasətinə xüsusi önəm vermiş, şəxsən təşəbbüskarlığı, müəllifliyi və rəhbərliyi ilə çoxsaylı mühüm əhəmiyyətli işlər görülmüşdür. İlk növbədə dünya standartlarını və milli özəllikləri özündə birləşdirən hüquqi baza yaradılmış (“Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Muzeylər haqqında”, “Memarlıq fəaliyyəti haqqında”) ümumilikdə 10 il ərzində 21 qanun, eyni zamanda bir sıra beynəlxalq konvensiyalara (“Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında”) qoşulmuş, bütün bunların həyata keçirilməsi ilə mədəniyyət siyasətinin banisi kimi adını qızıl hərflərlə tariximizə həkk etdirmişdir. Xalqımız qədim tarixə malik zəngin mədəniyyətə malik bir xalqdır. Bu tarixi zənginlik bu gün memarlıq abidələrimizdə, maddi mədəniyyət nümunələrimizdə yaşamaqdadır. Məhz bu baxımdan Ulu Öndər hakimiyyətinin hər iki dövründə milli şüurun formalaşmasında, milli mənəvi dəyərlərin aşılanmasında vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirib və bu istiqamətdə böyük sistemli işlər görüb. Tarixi yerlərin müəyyən hissələrinin qoruqlara keçirilməsi, bərpası, qorunması, mühafizəsi, onların tarixi görkəminə xələl gəlmədən restavrasiyası və s. bu kimi işlər onun gərgin zəhmətinin bəhrəsi idi. Tam qətiyyətlə demək olar ki, Heydər Əliyev Azərbaycanın mədəni həyatında misilsiz yeniliklərin ideoloqu, təşəbbüskarı, ilhamverici qüvvəsi və təşkilatçısı olmuşdur. G.Alişanova Ulu Öndərin mədəniyyət sahəsinə olan qayğısının bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bunun bariz nümunəsi olaraq şəxsən ölkə başçısının açılışında iştirak etdiyi Qazax Tarix-Diyarşünaslıq Muzeyini qeyd edib. Muzeyin əməkdaşları olaraq mədəniyyət sahəsinə olan qayğını öz əməli işləri ilə hər zaman olduğu kimi bundan sonra da doğrultmağa çalışacaqlarını söyləyib.

Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktor müavini  Gülnar Osmanova Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Bir ömür tanıyıram” adlı bədii oçerkini təqdim edib. Bildirib ki, Azərbaycan adı ilə başlayan, Azərbaycan nidası ilə bitən bir ömür tanıyıram! Şərəf duyğulu, bayraq sevgili, torpaq sevdalı, məhəbbətli, milli qeyrət örnəkli bir ömür! Ömründən dünyaya nur saçan, nuru ilə qəlbləri isidən nurlu bir ömür tanıyıram! Dilini dinindən, dinini dilindən çox sevən bir ürək tanıyıram. İnsanlıq deyilən ucalıqda, qardaşlıq deyilən zirvədə yüksələn birlik bayrağı bir Zəfər bayrağı tanıyıram. Xalqın muğamından, sazından, sözündən, nəğmələrindən ilham alan bir düha tanıyıram! Yenilməzliyi, əyilməzliyi, məğlub edilməzliyi ilə ədalət qılıncına dönən bir qəhrəman tanıyıram! Xalqının əzəmətini dünyaya tanıdan, millətinin igidlik salnaməsini əsrlərdə yaşadan bir tarix tanıyıram! Ədalətdən güc alan, həqiqətdən dönməyən, gerçəklikdən işıq alan, zəiflərin arxa-köməyi olan bir qanun tanıyıram. “Qarabağ Azərbaycanın ürəyidir”, “Qarabağsız Azərbaycan yoxdur”, “Biz Qarabağa qayıdacağıq” söyləyən bir ümid, bir inam tanıyıram! Haqq yolunun yolçusu, Haqqın bələdçisi, sınıq ürəklərə təskinlik tapan bir haqq tanıyıram. Zəkasından düşüncələrə, hökmlərə, ömründən dünyaya nur saçan, qəlbləri isidən bir nurlu ömür tanıyıram. Nur dediyin bir ömür, haqq dediyin bir ömür, Heydər Əliyev ömrüdür. Elə bir ömür ki, zəkası ilə dünyanı heyran qoydu, qəlbinin işığı dünyanı qərq etdi. O ömür ki, bütünlüklə xalqına bağışladı, xalqa sipər oldu, xalqını dünyaya tanıtdı, epoxaya çevrildi. O ömür ki, dünya siyasətinin peyğəmbəri oldu. Bütün dünyanı idarə edə biləcək dahi ucalığa çevrildi. Elə bir ömür ki, bütün dünyanı silkələyən, düşmənlərimizin başında şimşək kimi çaxan.“Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamını söyləyərək millətinin əzəmətini böyük güclər sırasında tanıtdı. Elə bir ömür ki, xalqının dəyərli ən qiymətli sərvətinə çevrildi. Əsrlər keçsə də Heydər Əliyev amalı, Heydər Əliyev imzası daim nəsillərdən nəsillərə keçəcək, Azərbaycan adı ilə qoşa addımlayacaq.

Qazax rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Fəridə Xudiyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsində də xüsusi diqqət ayırdığını bildirib. F.Xuduyeva qeyd edib ki, xalqımızın milli-mənəvi sərvətinin ən qiymətlisi, bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən olan Heydər Əliyev çox zəngin irs qoyub. Ulu Öndər Heydər Əliyev güclü şəxsiyyət, cəsarətli siyasi lider, xalqını dərin məhəbbətlə sevən müdrik rəhbər kimi şərəfli ömür yolu keçib. Bütün həyatını doğma Azərbaycanına həsr edən Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlının qürur duyduğu məbədgahdır. Onun çox mənalı həyat yolu, fəaliyyəti hamı üçün işıq saçan günəş, yol göstərən mayaqdır. Bu günəşin ziyası respublikamızın hər bir sahəsində olduğu kimi Azərbaycan mədəniyyəti, onun ayrılmaz tərkib hissəsi və mənim fəaliyyət göstərdiyim kitabxana quruculuğu sahəsində də misilsiz xidmətləri olmuşdur. Ulu Öndər gənc nəslin milli ruhda böyüməsində milli mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edən kitabların böyük rolu olduğu üçün “Kitabxananı xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi” adlandırıb. Ümummilli Liderin Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində imzaladığı bir sıra sənədlər, o cümlədən 29 dekabr 1998-ci ildə verdiyi Fərmanla qüvvəyə minən “Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu” hüquqi baza sənədidir. F.Xudiyeva Ulu Öndərin bu sahədəki siyasətini Onun layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin uğurla inkişaf etdirdiyini bildirib. Qeyd edib ki, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamı, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsi kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini, XXI əsr informasiya məkanında möhkəm yer tutmasını qarşıya qoyur. Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. Prezidentin diqqət və qayğısı nəticəsində kitabxanalarımızın fondu latın qrafikalı ədəbiyyatla zənginləşib, yeni, müasir stilli avadanlıqlarla təchiz edilib. Müasir oxucuların informasiya təlabatını ödəmək məqsədilə hər cür şəraitİ olan elektron kitabxanalarda avtomatlaşdırılmış məlumat xidməti göstərilir. Müxtəlif səpkili disklərlə zənginləşir. Bütün bunların müqabilində isə bizim vəzifəmiz xalqımıza, oxuculara kitab təbliğini daha yüksək səviyyədə təşkil etməkdir. Bu gün xoşbəxtliyimiz ondadır ki, Ulu Öndərimizin dəst-xəttini, davamlı yüksəliş siyasətini Onun siyasi varisi Prezident İlham Əliyev uğurla inkişaf etdirir. Ulu Öndərin böyük, əzəmətli, bir insan ömrünə sığmayan coşqun fəaliyyəti nəticəsində Azərbaycanı bütün dünya tanıdı. Azərbaycanın üçrəngli bayrağı bütün dünyada fəxarətlə dalğalanmağa başladı. Azərbaycanın özü qədər əbədi olan zəmanəmizin böyük azərbaycanlısı Heydər Əliyev zirvəsində Azərbaycan, Azərbaycan zirvəsində isə əbədi olaraq Heydər Əliyev dayanır.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Həkim-otolorinqoloq Gültac Qədimalıyeva çıxış edərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş xalqımızın Ümummilli Lideri Heydər Əliyevin gənclər siyasəti və özünün də tələbəlik illərində bu siyasətdən bəhrələnməsindən danışıb. O, bildirib ki, Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər bu gün cismən sıralarımızda olmasa da, Onun nurlu xatirəsi Azərbaycan xalqının qəlbində silinməz izlər buraxıb. Bu gün biz gənclər fəxr edirik ki, məhz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşlarıyıq, onun bütün varlığı ilə sevdiyi bir xalqın övladlarıyıq. Ulu Öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm" - deyirdi. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Uzaqgörən dövlət başçısı gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi, fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq keçirilir. Gənclərin ikinci forumu 1999-cu ildə keçirildi. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Məhz bu gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Bu gün gənclər olaraq fəxr edirik ki, məhz Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıyıq və biz də bundan sonra da Azərbaycanın müstəqilliyi möhkəmlənməsi, qüdrətinin artması yolunda əlimizdən gələni edəcəyik. G.Qədimalıyeva Ümummilli Liderin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinin əvəzolunmaz olduğunu qeyd edib. Azərbaycan Tibb Universitetinin bugünkü səviyyəyə çatdırılmasında Ulu Öndərin danılmaz xidmətləri olduğunu söyləyib. Dahi şəxsiyyətin 2 dəfə Azərbaycan Tibb Universitetinə səfər etdiyini, həmin görüşlərin yaddaşlara silinməz izlərlə yazıldığını bildirib. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə, əhaliyə daha yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə səbəb olduğunu vurğulayıb. 

Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənlər kafedrasının baş müəllimi Ülviyyə Bayramova çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi zaman kəsiyinin həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək zəruridir. Bir fakt aydındır ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Ulu Öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. “Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır” - deyirdi Heydər Əliyev. Ulu Öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərimizin elmi tədqiqat işlərinə cəlb olunması üçün demək olar ki bütün lazımi şərait yaradılmışdır. Hər il tələbələrin riyaziyyat, fizika, kimya, informatika fənləri üzrə respublika olimpiadaları, konfranslar, doktorantların və gənc tədqiqatların respublika simpoziumları, müsabiqələri keçirilir. Ümummilli Lider Heydər Əliyev özünün milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə dövlətçiliyin təməl prinsilərindən biri kimi yanaşmış, bu sahəyə diqqət və qayğını həmişə önə çəkmişdir. Dahi liderimiz təhsilin dünya standartlarına uyğun inkişafı, müəllimlərin, elm adamlarının əməkhaqlarının artırılması, məktəb şəbəkəsinin genişləndirilməsi ilə bağlı onlarla tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalamışdır ki, bunlar birbaşa təhsildə problemlərin həllinə yönəlmişdir. Heydər Əliyevin təhsil siyasətinin nəticəsi kimi aparılan islahatlar nəticəsində ötən illər əzində bir sıra yeni ali məktəblər yaradılmış, bəzi ali təhsil ocaqlarının statusu artırılmış və profilləri dəyişdirilərək universitetlərə çevrilmişdir. Reallıqlar göstərir ki, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edən səviyyədə qurulmuşdur.

Tədbirdə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Təhminə İsmayılova Ramiz Duyğunun “Karvan gedir”, Qazax Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Banu Səmədli və Əli Səmədli “Ulu bir sərkərdə, ulu bir öndər”, “Bu xalq Heydər, bu xalq İlham deyir” şeirlərini səsləndiriblər.


 

      


Oxunub: 839
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:54 | Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
    Bu gün, 15:53 | Sabah leysan olacaq
    Bu gün, 15:51 | Benzin satışına yeni limit tətbiq edildi - Moskvada
    Bu gün, 15:50 | İcazə verildi: Smartfonlar peyklərə qoşulacaq
    Bu gün, 13:17 | İcra başçısı qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Bu gün, 13:12 | İrəvanın puç olmuş "yeni müharibə" xülyası və Azərbaycanın yaratdığı alternativsiz nizam
    Bu gün, 13:10 | Azərbaycandakı diplomatların şəxsi məlumatları satışa çıxarılıb - ŞOK
    Bu gün, 13:08 | NATO şərq cinahında müharibəyə hazırdır - Draqone
    Bu gün, 13:05 | Ukrayna Moskvanı “Flaminqo” ilə vurdu - Zelenski
    Bu gün, 13:03 | Moskvaya hücum: 400-dən çox reys təxirə salındı
    Bu gün, 12:59 | Qarabağda 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edildi
    Bu gün, 12:55 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:51 | Ukrayna Nisanovun bazarını yenə vurdu - Video
    Bu gün, 12:47 | Tramp Yəmənə zərbə variantını müzakirə edib
    Bu gün, 12:44 | “Vivaldi” əməliyyatı: Ukrayna Donetskin daha 2 kəndini azad etdi
    Bu gün, 12:42 | Ukrayna Moskvada nəhəng texnoparkı yandırdı – Video
    Bu gün, 11:08 | Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Bu gün, 11:05 | Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Bu gün, 11:02 | Dağətəyi rayonlara leysan yağıb - Faktiki hava
    Bu gün, 10:50 | Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
    Bu gün, 10:24 | Süni intellekt İnterpola 120-dən çox terrorçunun müəyyən olunmasında kömək edib
    Bu gün, 10:20 | Saray sakinləri şikayətçidirlər: "Yola çıxanda bizə gülürlər" - Video
    Bu gün, 10:16 | I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    Bu gün, 10:12 | Zibil konteynerləri niyə çatışmır? Bakıda sakinlərin şikayətinə rəsmi cavab - Video
    Bu gün, 10:07 | Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO
    Bu gün, 10:01 | Qarabağda 23 saat 43 dəqiqə: Antiterror tədbirlərinin hərbi xronikası - Video
    Bu gün, 09:59 | Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur
    Bu gün, 09:57 | "Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
    Bu gün, 09:53 | Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:49 | Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
    Bu gün, 09:47 | Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb
    Bu gün, 09:19 | Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
    Bu gün, 09:11 | "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Dünən, 21:51 | "Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
    Dünən, 20:12 | Hamamda bədbəxt hadisə: Ağstafada 64 yaşlı qadın öldü
    Dünən, 16:05 | Neftçilər Günü ilə bağlı videoçarx hazırlandı
    Dünən, 16:03 | DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
    Dünən, 16:00 | İctimai binalarda qraffiti çəkmək qadağan ediləcək
    Dünən, 15:59 | Saatı bir ev qiymətinədir - Foto
    Dünən, 15:53 | 77 gün əvvəl Həkəridə batan şəxsin meyiti tapıldı
    Dünən, 15:48 | Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var - Zidan
    Dünən, 14:42 | Uzun illər sonra efirə qayıdır
    Dünən, 14:40 | Prezident onları təltif etdi
    Dünən, 14:35 | Formula-1: Bu marşrutların hərəkət sxemi dəyişdirilir
    Dünən, 14:33 | Elçin Yusubov Rumıniyada mühüm görüşlər keçirdi - Foto
    Dünən, 14:18 | Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
    Dünən, 14:17 | Füzulidə avtomobil aşdı: ölən var
    Dünən, 14:04 | Qazaxda bu sakinlərə dam örtüyü materialları verilir - Foto
    Dünən, 14:02 | Bəzi avtobusların yolu dəyişdirildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.