Pirşağı sakinlərini bezdirən problemlər: Subasma və rezin qoxusu
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Ağa Əlizadə küçəsinin sakinləri iki problemdən şikayət edirlər. Mediaxeberleri.Az xəbər verir ki, onlardan biri evlərə suyun dolması ilə bağlıdır. Qəsəbə sakini Rüfət Kərimovun sözlərinə görə, hər dəfə yağış yağanda evlərə su dolur. Şikayətçi deyib ki, problem səbəbindən ərazidəki hasar çöküb: "Bezmişik. Artıq neçə ildir əziyyət çəkirik. İcra orqanından, bələdiyyədən gəlib, baxıb gediblər". R.Kərimov digər problemin evlərinin yaxınlığında açılan zavoddan qaynaqlandığını vurğulayıb: "Dəfələrlə özlərinə demişəm. Rezinin qoxusundan evdə oturmaq mümkün deyil". O, qoxunun xərçəng xəstəliyi yarada biləcəyindən ehtiyat edir. Ətraflı Baku TV-nin süjetində:
Oxunub: 551
Xəbəri paylaş
Paylaş: