Fuat Oktay: "Parlamentlərimiz qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olublar"
"Türkiyədə məclis, məsləhətləşmə ənənəsi türkçülüyün tarixinə gedib çıxır". Bunu Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransına qatılan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Oxu.Az-ın sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, qədim türklərin "toy" ənənəsi müasir dönəmdəki məclis anlamı ilə eynidir: "Türkiyə və Azərbaycan parlamentləri qadınlara verdiyi öncəliklə, imtiyazlarla qərb ölkələrindən çox öndə olublar. Bu, ənənələrimizdən irəli gəlir. Qadının bütün sahələrdə idarəçilikdə söz sahibi olması bundan sonra da davam edəcək". O qeyd edib ki, güclü Azərbaycan görməkdən məmnundur: "Dünyaya bir daha mesaj vermək istəyirəm: Qarabağ savaşı və antiterror əməliyyatları zamanı Fransa kimi ölkələr "Azərbaycan erməni torpaqlarını işğal edir" başlıqlı dezinformasiyalar yaymışdılar. Halbuki, o torpaqlar Azərbaycanın və azərbaycanlılarındır". Mərahim Nəsib