Falçılıq adı ilə 3 nəfərin külli miqdarda pulunu ələ keçirdi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Soltanova Nərgiz Vaqif qızının ilkin baxış iclası keçirilib. Mediaxeberleri.Az Unikal-a istinadla xəbər verir ki, N.Sultanova falçılıq adı ilə 3 nəfər - Əmirov İlkin Əsəd oğlu, Paşayeva Nigar Rizvan qızı və Tahieva Viktoriya Andrivnanın külli miqdarda pulunu ələ keçirib. Qeyd edək ki, Nərgiz Sultanova bundan əvvəl də analoji əmələ görə həbs edilib. Onun barəsində cinayət işi DİN-nin Bas idarəsində başlasa da, sonra aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: