Türkiyə bu iki ölkə ilə bir araya gəlir: Suriyanın taleyi dəyişə bilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyə XİN başçısı Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi ilə Suriyadakı son vəziyyəti müzakirə edəcəyini bildirib. Mediaxeberleri.Az xəbər verir ki, jurnalistlərə açıqlama verən Lavrov 2019 və 2020-ci illərdə Astana danışıqları çərçivəsində əldə olunan razılaşmaları xatırladıb. O, Türkiyə, Rusiya və İran arasında bu danışıqların müntəzəm olaraq davam etdiyini bildirib. Qeyd edib ki, məqsəd suriyalıların bir-biri ilə barışmasını təmin etməkdir. Lavrov ABŞ və Britaniyanı bölgədəki separatçı qüvvələrə dəstək verməkdə ittiham edib. O, Moskvanın təxminən iki həftə əvvəl istifadə etdiyi "Oreshnik Hypersonic" raketini də xatırladıb: "Rusiya özünü müdafiə etmək üçün hər vasitədən istifadə etməyə hazırdır". Nazir Dnepr istiqamətində atılan bu raketin Qərb üçün xəbərdarlıq olduğunu bəyan edib: "Ümid edirik ki, Qərb bu siqnalı ciddi qəbul edəcək". O, son olaraq "ABŞ-la müharibə edirsiniz?" sualına "Mən belə deməzdim. Lakin Ukraynadakı vəziyyəti hibrid müharibə kimi qələmə vermək olar" cavabını verib. Roza