Avropa ölkəsindən Zelenskiyə çağırış: Güzəştə get, yoxsa pis olacaq
İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib ki, Ukrayna münaqişənin həlli üçün güzəştə getməlidir. Mediaxeberleri.Az xəbər verir ki, o, bu barədə RAI-1 telekanalına bildirib. "Ruslar hələ də irəliləyirsə, Zelenski vəziyyətin pisləşməsini istəmirsə, güzəştə getməli olacaq", - Tajani deyib. Nazir vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Antonio Tajani 2025-ci ilə qədər sülhün bərqərar olacağına da ümid etdiyini bildirib. O, regionda sabitliyin bərqərar olması üçün yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
Oxunub: 219
Xəbəri paylaş
Paylaş: