İstefa vermiş İlqar Məmmədovun nə işlə məşğul olduğu açıqlandı
Bir müddət öncə "Real" Partiyasının sədrliyindən istefa verən İlqar Məmmədovun nə işlə məşğul olduğu məlum olub. Mediaxeberleri.Az Teleqraf.com-a istinadla xəbər verir ki, bununla bağlı "Real" Partiyasının sədri Natiq Cəfərli məlumat verib. “İlqar Məmmədov hazırda partiyada çalışır. O, hər gün partiyadadır, hər gün bizimlə birlikdədir. Siyasi komitənin üzvü kimi fəaliyyətini davam etdirir”, - deyə o əlavə edib. Partiya sədri bildirib ki, İlqar bəy qarşıdan gələn bələdiyyə seçkilərində "Real"ın hazırlıq işlərində birbaşa iştirakçı və bəzi məsələlərin həllində əsas fiqurdur. Qeyd edək ki, İlqar Məmmədov bu ilin sentyabrın 1-dən keçirilmiş növbədənkənar parlament seçkilərindəki uğursuzluqdan sonra "Real" sədrliyindən istefa verdiyini açıqlamışdı.