Avtomaşın ustası, yoxsa cadugər və dələduz?.. FOTO/VİDEO
Görünür, bu dırnaqarası usta şeytan əməli sayılan cadugərliyə kələk gəlib, pul qopartdığı müştərilərinin, necə deyərlər, dilini-ağzını bağlamaq üçün əl atıbmış. Deyilənə görə, təmir etdiyi avtomaşının müxtəlif yerlərinə gizli şəkildə qoyduğu cadu, çəkdiyi qurd yağı ilə o, müştəriyə öldürücü təsir göstərmək istəyirmiş.
El arasında deyirlər – cadunun, qarğışın iki başı var, yəni bir ucu da qayıdıb özünə qənim olar. Elin sözü düz çıxıb: müştərisinin pulunu alıb mənimsədiyi bəs deyil, üstəlik, ona bəddua, cadu da edən Rəsul indi özü haqq-ədalət qarşısında cavab verməlidir. Dini baxımdan günah sayılan cadugərliklə məşğul olaraq insanları aldadan, onların həyatına, malına-mülkünə qəst etmək istəyən bir adamı qazmatda və axirətdə nələr gözlədiyini özü anlayırmı, görəsən? Hər halda, layiq olduğu cəzanı alar, inşallah!